15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Yaradıcı reklam ideyası. 4 effektiv üsul.

Reklamın rəqiblər arasında fərqlənməsi və alıcını maraqlandırması üçün onu orijinal və qeyri-adi etmək lazımdır. Bəs yaradıcı reklam ideyası formalaşdırmaq üçün nə etmək lazımdır?

Bu yazıda sizə qrup halında və ya təklikdə (əgər siz hələ komanda yığmamısınızsa və sərbəst işləyirsinizsə) istifadə etməyin mümkün olduğu, 4 generasiyaedici ideyadan söz açacağıq.

Kreativ metodikalar

Hansı məsələni həll etmək istədiyinizi müəyyənləşdirin.

Böyük bir vərəq və müxtəlif rəngli flomasterlər götürün.

Qan dövranını yaxşılaşdırmaq və beyninizi işə salmaq üçün bir stəkan su için.

  • Hansı məsələni həll etmək istədiyinizi müəyyənləşdirin. Siz bütün çeşidləri və ya ayrıca götürülmüş bir məhsulu reklam etmək istəyirsiniz, bu birdəfəlik aksiya və ya şirkətin uzunmüddətli reklamı olacaq və s.
  • Böyük bir vərəq (yaxşı olar bir neçə vərəq) və müxtəlif rəngli flomasterlər götürün. Mühüm olan odur ki, hər şey gözə çarpan olsun və siz öz səylərinizin ümumi mənzərəsini görə biləsiniz.
  • Qan dövranını yaxşılaşdırmaq və beyninizi işə salmaq üçün bir stəkan su için, bir neçə idman məşqi həyata keçirin.

İndi isə həmin metodikalardan birini sınaqdan çıxarın.

100-ün siyahısı

Siz öz məhsulunuzun reklamının 100 variantını düşünüb tapmalı və onları yazmalısınız. Hətta sizə elə gəlirsə ki, ideyalar artıq tükənib,hətta  o zaman belə ilk 15 varianta çatan kimi, dayanıb durmaq lazım deyil. Ağlınıza gələn hər bir şeyi, ən sərsəm düşüncələri də qələmə alın. Kreativlik yalnız bütün bəlli variantları (təqribən 30-cu bölümdən sonra) təxmin etdikdən sonra üzə çıxacaq.

Digər bir variant – reklam kampaniyasını təşkil edən 20-30 variant düşünüb tapmalısınız, misal üçün:

  • auditoriya (sizin məhsul kimə və necə lazım ola bilər);
  • reklam yeri (yalnız sosial şəbəkələr və axtarış sistemləri deyil, bütün oflayn və onlayn yerləri);
  • şüar (rəsmidən başlamış ən istehzalı olanına qədər).

Və belə davam edin. Bunları bir dəfəyə etməyə çalışın, ən maraqlı ideyalara yalnız bu cür gəlib çata bilərsiniz.

Mind map  (assosiasiya xəritəsi)

Bu metodikanın başqa bir adı – “ağıl xəritəsi”, “intellektual xəritə” adlanır. Məna ondan ibarətdir ki, burada bir şey, əşya və ya hadisəni götürüb ona bir neçə assosiasiya (5-8 yetərli ola bilər, artıq da mümkündür) düşünüb tapırsınız. Bu mövzunun yalnız isim hissəsi deyil, istənilən hissəsi ola bilər.

Misal üçün, biz dəri arxa çantaları satırıq. “Arxa çanta” sözünə assosiativ olan və ağlımıza ilk gələn sözləri yazırıq: səyahət, bel, sərbəst əllər, rahatlıq, kitablar, gənc…

Ardınca düşünüb tapdığımız hər bir sözün özünə də assosiativ sözlər düşünüb tapmalıyıq. Məs, “səyahət” sözü: yol, şəhərlər, gəzmək, yük, tanışlıq… və s. Əgər ideyalar çoxdursa, özünüzü məhdudlaşdırmayın, hamısını yazın.  Əyanilik üçün şəkil əlavə edin.

Üçüncü dəfə də təkrar etmək olar. Nəticədə bir növ assosiativ ağac yaranacaq.

İndi isə bu ideyaları birləşdirməyə çalışın:

  • Arxa çantası və şəhər: şəhərdə arxa çantası ilə səyahət etmək yaxşıdır (nəticədən biri: sosail şəbəkədə “şəhər səyahəti” maraqları üzrə reklam yerləşdirmək olar).
  • Velosiped və arxa çantası: velosipedçilər cəmiyyətlərində məhsulu reklam edirik.
  • Arxa çantası və sərbəst əllər: adamların arxa çantası və əllərində tutduğları adi çanta ilə eyni işi necə görmələrini əks etdirən prikol fotoşəkillər seriyası yaratmaq olar.

Bir budaqdan olan sözləri müxtəlif budaqlardan olan sözlərlə, iki-iki və ya üç-üç birləşdirin. İstənilən ideyalar, hətta ən sərsəm olanları belə qəbul olunur.

Bir nəfər üçün beyin fırtınası

Adətən beyin fırtınası komanda ilə həyata keçirirlər: hər kəs öz ideyasını səsləndirir, bütün ideyalar qeyd olunur, sonra isə ən yaxşıları seçilir.

Əgər hələ komandanız yoxdursa, onda bir nəfər üçün variantları sınaqdan keçirin:

  • Bir balaca təxəyyül lazım gələcək. Təsəvvür edin ki, siz: uşaq, balıqçı-baba, gitaraçı, biznes-ledi, afrikalı fermer və ya digər birisiniz. Ən əsası, rollar bir-birinə oxşamasın. Və bu rollardan hər biri üçün öz cavabınızı hazır edin.

Məsələn, balaca uşaq arxa çantası ilə nə edə bilər? Bu suallara cavablar sizi maraqlı reklam ideyalarına gətirib çıxara bilər.

  • İnterneti özünüzə köməkçi götürün. Şəkillər olan istənilən sayta daxil olun. Sorğu daxil edin (burada qısa, bir neçə sözdən ibarət sorğular uyğun gəlir) və nəticələrə baxın.
  • Və dərhal bu şəkillər əsasında ideyalar ortaya çıxır:
  1. Arxa çantanızın hansı geyimlə ahəngdarlıq təşkil edə biləcəyinizlə bağlı fotomüsabiqə və ya bələdçi.
  2. “Arxa çantamda nə var” müsabiqəsinə oxucular tərəfindən öz çantalarındakı şəkilləri göndərmək müsabiqəsi.
  3. “Arxa çantasına nə yerləşə bilır” mövzusuna dair bir sıra videolar.

Daha çox ideya tapmaq üçün müxtəlif sorğular göndərməyi sınaqdan keçirin.

Bir-birilə bağlı olmayanları əlaqələndirmək

Sözlərin siyahısını hazırlayın. Bundan ötrü istənilən mövzunu (incəsənət, oxu, mətbəx, dəniz səyahəti…, istədiyiniz hər bir şeyi) götürün və onlar barədə bir sütunda 15-20 söz yazın. Sonra isə reklam ideyası düşünüb, öz məhsulunuzu və hər sözü əlaqələndirməyə cəhd edin.

Misal üçün, mətbəx mövzusuna dair bir neçə sözü bizim “arxa çantamız” məhsulu ilə əlaqələndirməyi sınaqdan keçirək:

  • Aşpaz + Arxa çantası = Aşpaz arxa çantasında yemək hazırlayır. İrəli çəkmə: arxa çantası ilə sizin əlləriniz istənilən iş üçün sərbəstdir. Arxasında çanta olan müxtəlif peşə sahiblərini göstərməklə mövzunu inkişaf etdirmək olar.
  • Tort + Arxa çantası = Tortdan qız yerinə arxa çantası çıxır.
  • Qab-qacaq + Arxa çantası = Arxa çantasında qablar hətta hündürdən düşdükdə belə sınmır. Belə ki, sizin notbukunuz da həmişə təhlükəsiz yerdə olacaq.
  • Nahar + Arxa çantası = naharla dolu bir neçə konteyner arxa çantasına sığışır, belə ki, ayrı-ayrı paketlər gəzdirməyə lüzum qalmır.

Bunlar ağla gələn ilk ideyalardır. Sonra daha nələrsə əlavə etmək üçün yenidən ikinci dəfə bu mərhələni keçmək olar. Və sonra isə bu ideyaları harda tətbiq etmək üzərində düşünmək olar: video çəkmək, müsabiqə həyata keçirmək, fotosessiya etmək…

Daha bir variant: iki sütun sözlər yazın, məhsulunuzu necə reklam etməklə bağlı  hər birindən bir söz götürün və düşünün. Bax, belədə tamamilə qeyri-adi ideyalar doğulur!

İdeyaların dəyərləndirilməsi

Təhlil zamanı gəlib çatdı. Burada tələsməyə lüzum yoxdur, oturun və hər şeyi dəqiqliyi ilə düşünüb-daşının. 5-10 ən maraqlı ideyaları seçin və ardınca bu sxem üzrə gedin:

  1. Bu ideyalarınızın təcrübədə necə həyata keçirəcəyinizlə bağlı qərar qəbul edin. Bu ideyanı müxtəlif reklam kanallarında miqyasını genişləndirmək olarmı və ya o, yalnız video üçün keçərlidir.
  2. Bunu həyata keçirmək üçün büdcəni və əmək məsrəflərini müəyyənləşdirin. Bu mərhələdə çox vaxt ideyalar bir qədər seyrəkləşməyə məruz qalır.
  3. “Qalibləri” başqa adamlar üzərində testdən keçirin. Dostlar, həmkarlar və ya daimi müştərilərinizdən soruşun. İdeyanızın başqa adamlar tərəfindən sizin kimi qəbul edib-etmədiklərini başa düşmək çox mühümdür. Bu onlara nə dərəcədə maraqlıdır. Onlardan soruşub, ən maraqlı və ən uğursuz ideyaların reytinqini tərtib edə bilərsiniz.
  4. Əgər bunu müəyyən etmək çox mürəkkəbdirsə, onda yaradıcı strategiyaların dəyərləndirilməsi kriteriyalarından istifadə edin.

Lakin, sizə elə gəlirsə ki, nəsə dahiyanə bir şey düşünüb-tapmısınız,özünüzə güvənin, bu dəqiqliyi ilə işə düşəcək. Büdcəniz yoxdur? Daha da sadələşdirməyə çalışın, özünüzə köməkçilər tapın. Yaxşı ideya həyata keçirilməyə çox layiqdir.

Və onda demək istərdik ki, hazırda uyğun gəlməyən ideyaları gələcəkdə istifadə etmək üçün saxlayın.     

Sizə maraqlı ola bilər: Kontent-marketinq. Müştəri üçün nə yazmaq lazımdır?