15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Uşaq bağçası üçün CRM: Avtomatlaşdırılmış sistemlə produktiv işin təşkili

Uşaq bağçası üçün CRM yeni valideynlərin cəlb edilməsinə, uşaqların şəxsi işlərini doldurmağa, ödənişlərin vaxtında daxil olmasının izlənilməsinə, həmçinin dayə və tərbiyəçilərin işinin səmərəliliyini artırmağa imkan verir.

Keçmişdə valideynlərin çoxu uşaqlarını evin yaxınlığında yerləşən uşaq bağçasına aparmağa meyl edirdilər. Lakin, indi məsul ata və analar vaxtlarını yola, pullarını isə keyfiyyətli məktəbəqədər təhsil xidmətlərinə sərf etməyə hazırdırlar.

Tələbat təklif doğurur və müxtəlif variantları təklif edən daha çox təşkilatlar açılır:

  • tam gündən ibarət standart qruplar;
  • axşam və ya gündüz kiçik qruplar.

Artıq bağçalar arasında rəqabət yüksəlmişdir. Administrasiya üçün sadəcə işə yaxşı dayə götürmək, maraqlı bir proqram hazırlamaq, dadlı və faydalı yeməklər təklif etmək kifayət etmir. Həmçinin rəhbərlikdən ötrü valideynləri rahat xidmət təklif etməklə cəlb etmək zərurəti ortaya çıxmışdır.

Uşaq bağçası üçün CRM nədir?

CRM – Customer Relationship Management – müştərilərlə münasibətləri idarə edən bir sistemdir.

Uşaq bağçası üçün CRM sistemi uşaq və onun yaxınları haqqında bütün məlumatları bir yerə toplamağa imkan verir. Eləcə də aşağıdakıları mümkün edir:

  • Uşağın peyvəndləri haqda qeydlərin aparılması və vaxtı çatdıqda xəbərdarlıqların verilməsi;
  • Bağçada baş tutacaq tədbirlər haqqında valideynlərə SMS – lərin toplu şəkildə göndərilməsi;
  • Növbəti ay üçün ödənişlərin yerinə yetirilməsi qeydləri, tapşırıqların tərtibi;
  • Balacanı əlavə məşğələlərə gətirilməsi ilə bağlı SMS – lərin göndərilməsi.

Əgər pul ana tərəfindən ödənilirsə, uşağı isə nənəsi gətirirsə, onda onların hər biri məhz, onlara lazım olan xəbərlə məlumatlandırıla bilər.

Əgər ata uşağı bağçadan götürməyi unudarsa, göndərilən SMS onu nəinki, yaxşı ata edir, həm də sadiq müştəriyə çevirir.

Lazımi sənədlərin tez bir zamanda tərtib olunması:

  • qəbzlər;
  • uşağın psixoloji müayinəsi;
  • uşağın inkişafı barədə məlumatlar.

Valideynlər körpənin işlərinin necə getdiyini öyrənmək üçün növbə gözləməli olmayacaqlar.

Uşaq bağçası üçün CRM sistemi vasitəsilə administrator, tərbiyəçi və dayələr öz vəzifələrini daha yaxşı yerinə yetirirlər. Uşaqla bağlı mühüm məlumatlara, məsələn, balacanın hansı ərzaqlara allergiyası var, o hansı oyuncaqları sevir, onu nələr qorxudur və s. tez şəkildə baxa bilirlər. Belə halda əməkdaş qayğısına qaldığı körpə ilə asanlıqla ünsiyyət qura biləcək.

Tapşırıqlar cədvəli ilə iş prosesinin optimallaşdırılması

Tərbiyəçilər məşğələlərin növbəsini daha rahat izləyəcək, dayələr uşaqları vaxtında yedizdirəcək və təmizliyini həyata keçirəcəklər. Eyni zamanda administratorlar vaxtında lazımi sənədləri hazırlayacaq, valideyn və ya qəyyumlara zəng vuracaq və nəzarət orqanları ilə əlaqə saxlayacaqlar.

Proqram təminatı bunları izləməyə imkan verir:  

  1. Valideynlərin hansı tərbiyəçiyə üstünlük verdiyini;
  2. Hansı məşğələlərin daha populyar olduğunu;
  3. Uşaqların daha çox hansı oyunları sevdiyini;
  4. Hansı yeməklərin onların daha çox xoşlarına gəldiyini.

Bu halda rəhbərlik dəqiq məlumatlara əsasən, məktəbəqədər təhsil xidmətinin keyfiyyətini yüksəldə bilər. Eyni zamanda uşaqların və onların valideynlərinin tələbatlarını ödəyə və daha çox gəlir əldə edə bilər.

CRM sisteminə inteqrasiya olunmuş çağrı mərkəzi vasitəsilə valideynlərdən gələn bütün zənglər, səsyazmalar sistemdə qeyd olunur. Bu qeydlər rəhbərliyə ortaya çıxan problemlərlərdən vaxtında xəbərdar olmağa imkan verir. Habelə uşaq bağçasına zəng gələn zaman CRM – dəki məlumatla zəng cavablandırılan zaman artıq işçilər valideyn və uşaq haqqında məlumatlı olur. Bu isə müştəri məmnunluğunun artırılmasında mühüm rol oynayır.

Nəticədə, onlar problemlərin effektiv həll yollarını tez şəkildə tapa bilərlər. Məsələn, seçimdə tərəddüd edən valideynlərə uşaqlarına bir neçə pulsuz sınaq məşğələləri təklif etmək. Və ya tənha ananın yüklənməsini nəzərə alaraq, onun uşağının mərkəzə rahat qrafikdə gəlişini təmin etmək.

Uşaq məktəbə gedən zaman, sənədləşdirmə təminatı idarəsinin xidmətlərinə ehtiyacı qalmayacaq, çünki onun şəxsi işi uşaq bağçaları üçün CRM proqramında qalacaq. İldə bir dəfə bağçanı bitirmiş uşağın valideynləri ilə əlaqə saxlayıb, onun uğurlarını öyrənmək olar. Belə münasibəti görən ata və analar öz tanışlarına hökmən belə bir bağçanı tövsiyə edəcəklər. Əgər həmin ailədə yeni bir uşaq doğularsa, valideynlər çox güman ki, onu həmin uşaq bağçasına gətirməyə üstünlük verəcəklər.   

Övladı üçün ən yaxşısını axtaran valideynlərin ilk seçiminə çevrilmək üçün siz də Cubics CRMin sizə təqdim etdiyi imkanlardan yararlanmağa tələsin. Azərbaycan dili ilə yanaşı İngilis və Rus dillərini də dəstəkləyən bu sistemi elə indi cubics.az saytına daxil olaraq qeydiyyatdan keçib 14 gün ödənişsiz şəkildə test edin.

Sizə maraqlı ola bilər: Fitness klub üçün CRM: Müştərilərin cəlbi və loyallığının qorunması