15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Turizm agentlikləri üçün CRM: Satışların “satış qıfı” ilə təşkili

Turizm agentlikləri üçün CRM sistemləri ilk növbədə etibarlı müştəri bazasını təmin etməlidir. Bu müştəri bazasında hər bir müştəri haqqında ətraflı informasiya yer almalıdır ki, hər bir müştəriyə məxsus təkliflər tərtib etmək mümkün olsun.

Həmçinin satışların qıf üzrə təşkili ilə hər bir satışı mərhələlər üzrə izləmək və hər mərhələdə uyğun addımlar atmaqla iş keyfiyyətini və müştəri məmnuniyyətini artırmaq mümkündür.

Turizm agentlikləri də hər hansı digər şirkətlər kimi öz fəaliyyətlərinin avtomatlaşdırılmasına ehtiyac duyurlar. Və bir çox gündəlik əməliyyatlar günbəgün həyata keçirilməlidir ki, bu proqrama etibar oluna bilinsin. Amma, turizm sahəsi kifayət qədər spesifikdir. Firmanın rəhbəri qarşısında şirkətin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alacaq avtomatlaşdırılmış bir həll proqramı seçmək kimi çətin bir vəzifə durur.

Buna görə də, turizm agentlikləri üçün CRM sistemi seçərkən müəyyən məqamları nəzərə almaq lazımdır:

  • Satış qıfları. Turizm agentlikləri üçün CRM sistemi ilkin müraciətlərin qeydiyyatını aparmalıdır ki, bu da potensial müştəriləri maraqlı təkliflər barədə məlumatlandırmağa imkan versin. Bunlar isə müxtəlif axtarış filtrləri tərəfindən həyata keçirilməlidir. Menecerin fəaliyyəti qeydə alınmalıdır ki, rəhbər qeydlərə əsasən uyğun kampaniya və təkliflər barədə qərar qəbul edə bilsin. Beləliklə, satış qıfı şirkətin işlərinin necə getdiyini açıq şəkildə göstərəcək.
  • Ərizələr. Bir səhifədə şirkət menecerlərinə bütün ərizələr üzrə məlumat göstərilir. Turların kredit ilə alınması zamanı müştərilərin aylıq ödənişlərini və borclarını izləmək mümkün olacaq. Həmçinin menecerə hansı müştəri ilə əlaqə saxlamaq və ödəniş haqqında xəbərdar etmək lazım gəldiyini xatırladacaq.
  • Tərəfdaşlar. Turizm agentlikləri üçün CRM sistemi turizm agentliyi tərəfdaşları haqqında bütün məlumatları saxlamalıdır.
  • Müştərinin fərdi parametrləri ilə səyahətin dəyərinin hesablanmasının avtomatlaşdırılması.
  • CRM sisteminin telefoniya xidməti də inteqrasiya edilərsə, o zaman, müştərilərlə olan bütün səsli qeydlərin saxlanılması, hər bir müştəri zənginin ona məsul olan menecerə yönləndirilməsi ilə həm müştəri məmnuniyyətini, həm də xidmət keyfiyyətini əsaslı şəkildə yüksəltmək olar.

Əgər seçilmiş CRM sistemi yuxarıda sadalanan funksiyalara malik olarsa, turizm firmasının fəaliyyəti effektiv şəkildə avtomatlaşdırılacaq. Beləliklə, agentlik menecerlərin standart əmək şəraitindən daha çox gəlir gətirəcək.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Yerli bazara uyğun, Azərbaycan dilində də istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək üçün https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Avtoservis üçün CRM: Müştəri loyallığının artırılması