15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Tikinti şirkətləri üçün CRM: Biznes proseslərinin avtomatlaşdırılması

Tikinti şirkətləri üçün CRM hansı tikinti obyektlərində ləngimənin olması ilə bağlı məlumatları aşkar etməyə və müvafiq tədbirlər görməyə imkan verəcək.

Əgər aşağıdakılar təmin olunacaqsa, tikinti şirkəti üçün biznes effektiv olacaqdır:

  1. Bütün biznes-proseslərinin avtomatlaşdırılması
  2. Tikinti texnologiyalarının təkmilləşdirilməsi
  3. Biznesin şəffaflığı

Yuxarıda göstərilən şərtləri müvəffəqiyyətlə həyata keçirmək üçün tikinti şirkətləri CRM sisteminin tətbiq edilməsinin qayğısına qalmalıdır.

Məhz tikinti şirkətləri üçün CRM sistemi aşağıdakıları reallaşdırmağa kömək edəcək:

  1. Bütün mövcud məlumatların vahid bazada birləşdirilməsi. Bu, həm daşınmaz əmlak obyektləri haqqında məlumat, həm də tikinti materialları təchizatçıları, müştərilər və s. haqqında məlumatlara aiddir.
  2. Elektron sənəd dövriyyəsinin tətbiqi
  3. Məlumatların unikallığına nəzarət. Sistem məlumatların təkrar daxilinə nəzarət etməyə imkan verəcək
  4. Pul vəsaitlərinə nəzarət
  5. Bütün cansıxıcı əməliyyatların avtomatlaşdırılması
  6. Sxem və qrafiklər şəklində təqdim olunan analitik məlumatların böyük həcmi tikinti şirkətinin fəaliyyətinin daha dəqiq təhlilini aparmağa, uzunmüddətli proqnozlar qurmağa imkan verəcək.

Bütün bunlardan əlavə, CRM sistemi bunlara kömək edəcək:

  1. Bütün mərhələlərdə tikilməkdə olan hər bir obyektə nəzarət etmək. Bu, hansı tikinti obyektlərində ləngimənin olması ilə bağlı məlumatları aşkar etməyə və müvafiq tədbirlər görməyə imkan verəcək.
  2. Büdcənin səmərəli aparılması. Pul vəsaitlərinin hansı xərc maddələrinə məsrəf olunduğu barədə məlumatlar şirkət rəhbərliyinə operativ şəkildə daxil olacaq.
  3. Şirkətlə onun təchizatçıları arasında ödənişlərin idarə olunması. Tikinti şirkəti üçün CRM sistemi avtomatik olaraq hesablar çıxarmağa, şablonlardan istifadə etməklə başqa sənədləri formalaşdırmağa imkan verəcək.
  4. Bu və ya digər texnikanın hansı tikinti obyektlərində yerləşdiyini izləmək. Əgər texnika icarəyə götürülərsə, icarə müddətinin bitməsini və onun vaxtında uzadılmasını izləmək imkanı yaranır.
  5. Tikinti şirkətinin hər bir əməkdaşının fəaliyyətinə nəzarət.

Bütün bu imkanlar tikinti şirkətinin fəaliyyətinə maksimum səmərə verəcək və bütün obyektlərin vaxtında təhvil verilməsinə imkan yaradacaq.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Banklar üçün CRM: Kreditlərin idarəedilməsi və gəlirlərin artırılması