15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Tibb mərkəzləri üçün CRM: Proseslərin avtomatlaşdırılması

Tibb mərkəzləri üçün CRM sistemləri xəstə və həkim məlumatlarının, sənədlərinin sistemli saxlanılması ilə xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir.

Tibb mərkəzləri də digər fəaliyyət sahələrindəki şirkətlərlə yanaşı, özləri üçün xidmət keyfiyyətinin yaxşılaşdırılması yollarını axtarır. Bu da sərt rəqabətdə onlara qələbə qazanmağa kömək edəcək. Müasir tibb mərkəzlərində peyda olan bir çox gündəlik vəzifələri CRM sistemlərinin köməyi ilə həll etmək mümkün olur. Bütün dünyanın tibbi şirkətləri öz işlərində məhz, CRM sistemlərini fəal şəkildə tətbiq edirlər.

Bu cür fəal tətbiq ona görə yaranıb ki, tibbi xidmətlərin göstərilməsi sahəsində rəqabət kifayət qədər sürətlə artır. Daha çox kommersiya klinikaları ortaya çıxır və buna görə xəstələrin gözləntiləri də artmaqdadır. Və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına, məhz,  CRM imkan verir.

Tibb mərkəzləri üçün CRM sistemləri aşağıdakıları təmin edir:

  1. Xəstələrə xidmət keyfiyyətinin yaxşılaşdırılması. Pasiyentlər haqqında informasiyanın toplanması, işlənməsi kimi proseslərin avtomatlaşdırılması tibb mərkəzinin əməkdaşlarının vaxta qənaət etmək imkanı yaradacaq. Və, deməli, hər bir əməkdaşın məhsuldarlığı da artacaq.
  2. Tibbi yardımın əlaqələndirilməsi. Tibb mərkəzi üçün hər CRM-də mövcud olan xüsusi alətlər tibb müəssisəsinin bölmələrinin fəaliyyətinin avtomatlaşdırılmasına kömək edən proseslərin işlənib hazırlanmasına imkan verəcək. Bu da təşkilatın effektivliyinin artırılmasına və nəticədə xəstələrin müalicəsinin nəticələrinin yaxşılaşdırılmasına gətirib çıxaracaq.
  3. Xəstələr və həkimlər arasında ünsiyyətin yaxşılaşdırılması. Xüsusi vasitələr xəstəliklərin profilaktikasına yönəlmiş proqramların yaradılması və irəliləməsi prosesini asanlaşdırmağa kömək edəcək. Pasiyentlərin bütün kartoçkalarının elektron formada olması sayəsində xroniki xəstəliklər üzrə qruplaşdırılmasını həyata keçirmək mümkündür. Beləliklə, onların xeyrinə istifadə ediləcək hər hansı bir tədbir barədə vaxtında məlumat verməklə xəstələrin müalicəsi prosesi sürətlənəcək.
  4. Pasiyentlərin mütəxəssisin qəbuluna rahat yazılması. CRM sisteminin rahat təqvimi vardır. Bu da mütəxəssisin məşğulluğunu nəzərə alaraq hər bir pasiyenti qeyd etməyə, həmçinin pasiyentə və həkimə yaxınlaşan səfər barədə məlumat verməyə imkan verəcək.

Burada tibb müəssisələri üçün nəzərdə tutulmuş CRM sistemlərinin bir çox imkanlarından biri sadalanır. Bütün bunlar klinikanın işinin yaxşılaşmasına və yeni pasiyentlərin gəlməsinə kömək edəcəkdir.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Bulud CRM sistemləri: Uydurma qorxular