15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Təlim mərkəzləri üçün CRM: İdarəetmənin avtomatlaşdırılması

Təlim tədris mərkəzi və kurslar hər hansı bir müəssisə kimi, proseslərin avtomatlaşdırılmasına ehtiyac duyur. Məhz bu məqsədlər üçün tədris mərkəzlərində iş proseslərinin asanlaşdırılmasını və produktivliyin artırılmasını təmin edən CRM sistemləri yaradılmışdır. Təlim mərkəzləri üçün CRM sistemləri sadəcə proseslərin avtomatlaşdırılmasına deyil, eyni zamanda, onların yüksək inkişafına da kömək edir.

CRM sistemi işçilərin məhsuldarlığını artırır və satış şöbəsinə daha səmərəli işləməyə imkan verir.

CRM sistemlərinin təlim mərkəzlərinə tətbiqi ilə bütün potensial, mövcud və məzun tələbələr, müxtəlif kurs və müəllimlər haqqında informasiyanı eyni sistemdə saxlamaq və idarə etmək mümkündür. Belə ki, CRM vasitəsilə hər bir tələbəyə uyğun kurslar təklif etmək, onlarla olan əlaqələri daha effektiv şəkildə qurmaq mümkündür. CRM ilə tələbələrə kurslar və yeniliklər haqqında və ya informativ e-mail və smslər göndərə, çağrı mərkəzi vasitəsilə isə onlarla asanlıqla əlaqə saxlaya bilərsiniz.

Təlim mərkəzləri CRM -dən, həmçinin marketinq strategiyasının inkişafı məqsədilə də istifadə edə bilərlər. CRM sistemi əsas hədəf kütləsini müəyyən etməyə və onların diqqətini çəkən təklif və reklamların hazırlanmasına kömək edir.

Təlim mərkəzlərində CRM -in tətbiqindən əldə edəcəkləriniz:

  • Potensial tələbə itkisinin aradan qaldırılması;
  • Sürətli sorğu emalının təmin edilməsi;
  • Bütün tələbələrlə bağlı işləri vahid sistemdə birləşdirmək;
  • Bütün tələbələrə ətraflı məlumat verilməsi;
  • Tələbəni maraqlandıran təkliflər hazırlamaqla təkrar satışların təmin edilməsi;
  • Tələbələrin məmnunluq səviyyəsinin artılması.

Təlim mərkəzləri üçün CRM bunları həyat keçirməyə kömək edəcək:

  • Tələbələrin seqmentasiyası;
  • Tələbələrlə operativ əlaqələrin qurulması;
  • Real və potensial tələbələr haqqında bütün məlumatların birləşdirilməsi;
  • Kursların planlaşdırılması;
  • Kurslara və tədbirlərə dəvət üçün kütləvi poçt göndərişləri;
  • Qeydiyyat formalarından idxal məlumatları;
  • Kursların ödənişi üçün hesabların verilməsi;
  • Hesabatın formalaşdırılması;
  • Kursların və tədbirlərin təşkili və keçirilməsi üzrə işlərin planlaşdırılması.

Müştəri münasibətlərinin idarə edilməsi və satışın artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM -i sizə təqdim edirik. Azərbaycan, Rus və İngilis dillərində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz test etmək üçün cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin. 

Sizə maraqlı ola bilər: Reklam fəaliyyəti. Reklamın düzgün planlaşdırılması.