15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Stomatologiya üçün CRM: Xidmət səviyyəsini artıraraq pasiyentlərin cəlbi

Stomatologiya üçün CRM pasiyentlərlə effektiv münasibətlərin qurulmasına köməkçi vasitədir. CRM sistemilə xidmət səviyyəsini yüksəltmək sizin əlinizdədir.

Son dövrlərdə stomatoloji xidmətlər əhali arasında daha böyük populyarlıq qazanıb. Əgər əvvəllər pasiyentlər diş həkimlərinə kariyesin müalicəsi, restavrasiya üçün müraciət edirdilərsə, indi dişlərin təmizlənməsi, diş əyriliyinin düzəldilməsi və s. üçün də müraciət edirlər. Lakin, ucuz olmayan stomatoloji xidmətlər üçün ödəniş edən insanlar yalnız ixtisaslı tibbi yardım deyil, həm də əla xidmət almaq istəyirlər. Buna görə klinikalar rəqabət qabiliyyətli olmaqdan ötrü stomatologiya üçün CRM-dən istifadə etməlidirlər.

Stomatologiya üçün CRM-dən istifadə ilə xidmət səviyyəsinin yüksəldilməsi

Stomatologiya üçün CRM pasiyentlərlə effektiv münasibətlərin qurulmasına kömək edəcək rahat proqram təminatıdır. Stomatoloji klinika üçün CRM quraşdırmaqla müştərilərə yüksək səviyyəli xidmət göstərmək mümkün olacaq:

  1. Qəbula rahat yazılma pasiyentə uyğun vaxtı seçməyə imkan verəcək və SMS-lərin göndərilməsi insanlara həkimin yanına gediləcək vaxtı unutmağa imkan verməyəcək.
  2. Həkimlər öz pasiyentləri, onların uzunmüddətli müalicəsi haqqında qeydləri sistemdə apara biləcək və onların təkrar gəlişində pasiyent haqqında məlumatlı olacaq. CRM-in təqdim etdiyi bu xidmət pasiyentlərdə həmin tibb müəssisəsinə və həkiminə loyallıq yaradacaq.

CRM sistemindən istifadənin həkimlərə təqdim etdiyi asanlıqlar

Mütəxəssislər, rəhbərliyi onlar üçün rahat şərait yaradan xəstəxanalarda işləməyə üstünlük verirlər. Stomatologiya üçün CRM-in tətbiqi aşağıdakılara imkan verir:

  1. Tibbi personalın istənilən vaxt istifadə edə biləcəyi rahat bir cədvəl tərtib etmək. Mobil tətbiqin (IOSAndroid) də köməyilə tibbi personal istənilən an, iş saatlarından əlavə vaxtlarda belə qrafiki ilə tanış ola və öz işlərini uyğun şəkildə planlaya bilər.
  2. Əgər pasiyent öz gəlişini təxirə salarsa, həkim bu haqda xəbərdarlıq alacaq. Bundan başqa, stomatoloq təkrar qəbul vaxtını təyin edə və ya yarım ildən sonra həmin insan profilaktik müayinədən təkrar keçməsi üçün xatırlatma ala bilər.
  3. Anbar modulu vasitəsilə işçilər hansı alət və materialların mövcudluğunu, hansılarının yararlılıq müddətinin sona çatdığını, hansılarını almaq və ya ehtiyatını yaratmaq lazım olduğunu görə bilərlər.
  4. Pasiyentlərə təqdim ediləcək loyallıq kartı pasiyentlərdə həmin müəssisəyə müxtəlif vaxtlarda yenidən yaxınlaşmağa səbəb olacaq. Eyni zamanda kartın mövcudluğu pasiyentlərin CRM sistemində axtarışını asanlaşdıracaq.

CRM-dən istifadənin rəhbərliyə verdiyi üstünlüklər

Xəstəxana rəhbərliyinin əsas vəzifələri – bu, mənfəət əldə etmək və yaxşı nüfuzun yaradılması ilə bağlıdır. İstənilən məqsədlərə nail olmaqda CRM stomatoloji klinikaya kömək edir. Bu proqram:

  1. Sürətli şəkildə ofislərin məşğulluğunu təhlil edir və daha sərfəli iş qrafikini seçir.
  2. İşçilərin və tibbi heyətin səmərəliliyini qiymətləndirir.
  3. Müxtəlif aksiyaları yaratmaq və onların hər birinin faydalılığını müəyyən etməyə imkan verir. Eləcə də CRM-sistemi də konkret xəstələrə və ya onların ailə üzvlərinə xüsusi təkliflər vermək üçün çevik şəkildə konfiqurasiya edilə bilər.
  4. Pasiyentlərin qeydiyyatı aparılarkən müəyyən məlumatlar əsasında aparılır. Lazım gəldikdə həmin məlumatlar əsasında müvafiq pasiyent qruplarına xəbərdarlıq SMS-ləri göndərmək mümkündür. Məsələn, tibb mərkəzinin yeni filialı açılanda həmin ünvana yaxın yaşayan pasiyentlərə elektron məktub və ya SMS vasitəsilə xəbərdarlıq göndərmək olar.
  5. Stomatoloji xidmətlərdə pasiyentlərin ödənişinin hissəli olaraq aylıq edilməsi hallarında ödəniş haqqında məlumatlar da sistemdə qeyd edilə bilər.

Stomatologiya üçün CRM biznes prosesləri qaydaya salan kiçik və öz xidmətlərini genişləndirən orta müəssisələr və bir neçə filialın işinə ehtiyacı olan iri şəbəkələr üçün də faydalıdır.

Getdikcə hər şeyin sadə və asan olduğu bu müasir dövrdə siz də işçilərinizin işini avtomatlaşdırıb, daha sadə hala gətirin. Bunun həlli isə CRM sistemidir. Gecikmədən cubics.az saytına daxil olaraq qeydiyyatdan keçin və ilk 14 gün CRM sistemindən pulsuz yararlanın.

Sizə maraqlı ola bilər: Brend və Brendinq nədir? Brendinq prosesi necə aparılmalıdır?