15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Sığorta şirkətləri üçün CRM: Etibarlı müştəri bazasının formalaşdırılması

Sığorta şirkətləri üçün CRM müştərilər haqqında informasiyaların saxlanılması və şöbələr arası əlaqələrin effektiv təşkili ilə müştəri loyallığının təmin edilməsinə xidmət edir.

Sıravi sığorta şirkəti üçün digər şirkətlərdən fərqli olaraq, xidmətin bütün mərhələlərində operativ xidmət tələb olunan çoxlu sayda müştərilərin olması səciyyəvidir. Sığorta şirkətlərinin işinin daha bir xüsusiyyəti müştərilər haqqında məlumatların müxtəlif şöbələr üzrə pərakəndə olması amilidir.

Əksər hallarda informasiyanın pərakəndəliyi tez-tez səhvlərə və ödənişlər üzrə ləngimələrə gətirib çıxarır ki, bu da müştərinin sığorta şirkətini dəyişdirməsi barədə düşünməyə vadar edə bilər. Və belə səhvlər daha tez-tez baş verərsə, onda müştərilərin bir çoxu rəqib şirkətlərə axın edə bilər. Bunun baş verməməsi üçün sığorta şirkəti CRM vasitəsilə işini nizama salmalıdır. Sığorta şirkətləri üçün CRM sığorta polisi (sığota vəsiqəsi) sahiblərinin siyahısını tərtibetməyə imkan verəcək.

Bu siyahıları aşağıdakı əlamətlərə görə qruplaşdırıla bilər:

  1. Polis sahibinin yaşadığı ərazi üzrə
  2. Onunla işləyən sığorta agenti üzrə

Həmçinin müştəri haqqında əlavə məlumat saxlamaq imkanı yaranacaq, bu da müştəriyə sığorta haqqında müxtəlif təkliflər verməyə kömək edəcək. Belə məlumatlara bunlar aid edilə bilər:

  1. Daşınmaz əmlak haqqında məlumat
  2. Ailə vəziyyəti haqqında məlumat
  3. Xaricə səyahətlər
  4. Ekstremal idman növlərinə həvəs
  5. Avtomobillər haqqında məlumat və s.

Bu cür informasiyaya şirkət əməkdaşlarının daim çıxışı olacaq. Beləliklə, e-mail və ya sərfəli sığorta paketləri haqqında məlumatları SMS vasitəsilə göndərmək mümkün olacaq. Bununla da sığorta şirkətində müqavilələr yaranacaq və nəticə etibarilə mənfəət artacaq.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək üçün https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin. 

Sizə maraqlı ola bilər: Brend və marka arasındakı fərq. Marka