15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

SEO və ya kontekst reklam. Hansı faydalıdır?

 Öz kommersiya saytında və ya internet mağazasında qazanmaq istəyən istənilən biri, gec və ya tez iki başlıca irəliləyiş varinatı ilə üzləşir: SEO və kontekst.

Öncə bu terminlərlə tanış olmayanlara onları izah edim.

SEO (Search Engine Optimization-nun abbreviaturasıdır) – saytın istifadəçi sayının yüksəldilməsi üçün  axtarış sistemlərinin nəticələrində saytın mövqeyini yaxşılaşdırmağa yönələn işlərin məcmusudur.

Kontekst reklam – axtarış sistemlərində (məsələn, Yandex və Google) saytın verilməsi yolu ilə ilk yerləri tutmağa imkan verən onlayn reklam növləridir.

Nə sürətlidir?

Əgər kontekst reklamı bu gün satın almaq mümkündürsə və artıq sabah sizin saytınız siyahıda birinci yerdə görünəcəksə, SEO ilə işlər bir qədər mürəkkəbdir. Hətta ən nəhəng büdcələr vasitəsilə belə yaxın günlərdə saytınızın birinci səhifədə görünməsi heç cür alınmayacaq, bundan ötrü bir neçə ay lazım gələcək. SEO halında nəticə tamamilə axtarış sistemilərindən və onların işləmə alqoritmlərinin sürətindən asılıdır.

Nə ucuzdur?

Əgər zaman da puldur ifadəsini nəzərə almasaq, onda uzunmüddətli dinstansiyada SEO bir qədər ucuz başa gələcək. Bu halda əsas yatırımları start zamanı etmək lazımdır. Hədəfə çatdıqdan və sayt ilk səhifədə göründükdən sonra  – yalnız bu vəziyyəti dəstəkləmək lazım gəlir. Kontekstli reklamlar halında, sərf edilən vəsaitlərə güclü təsir göstərəcək sabit rəqabət mövcud olur. Həm start zamanı, həm də sonra həmişə məqbul məbləğ məsrəf olunacaq.

Hansı daha uzunömürlüdür?

Əgər kontest reklamda hər şey büdcədən asılı olursa, SEO ilə vəziyyət başqa cürdür. Axtarış sistemləri daim saytların sıralanmasını dəyişdirirlər, bu isə nəticəsi bəlli olmayan anlama gəlir. Bu gün saytı ilk sıraya çıxaran, yarım il və ya bir il sonra onu bloklaya və ya ümumiyyətlə, sıradan çıxara bilər.

Nəticəyə görə, hər yerdə olduğu kimi buranın da öz sualtı daşları, zəif və güclü tərəfləri var. Əlbəttə, sürətinə görə kontekstli reklam SEO-nu güclü şəkildə qabaqlayır. Lakin, hər bir layihənin öz tapşırıqları var, ona görə də yanaşma fərdi olmalıdır.

Konkret halda daha çox uyğun gələni seçmək olar, bəzən isə hər ikisini eyni vaxtda qarışdırmaq da olar.

Sizə maraqlı ola bilər: Reklam necə işləyir?