15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Rieltorlar üçün CRM: Aktual və tam məlumat bazasının formalaşdırılması

Rieltorlar üçün CRM sistemi həm aktual və tam müştəri bazası, daşınmaz əmlaklar haqqında ətraflı informasiyaların saxlanılmasını təmin edir.

Hər hansı bir şirkətin müvəffəqiyyəti, onların müştərilər haqqında nə qədər aktual və tam məlumat bazasına malik olmasından asılıdır. Xüsusilə də, bu qayda daşınmaz əmlak agentliklərinə aiddir. Daşınmaz əmlak bazarının bazası, müştərilər və müştəri müraciətləri olmadan onların işi sadəcə mümkün deyil.

Belə bazaları aparmaq və onları aktul şəkildə mühafizə edib saxlamaqda rieltorlara CRM sistemi yardım edir.

Daşınmaz əmlak agentliyinin əməkdaşının daşınmaz əmlakın aktual obyektlərinə çıxışı olduğu halda, rieltorlar müştərilərlə mümkün qədər müqavilələr bağlayan agentlikdən maksimal gəlir əldə edilir.

Məhz buna görə də daşınmaz əmlak agentlikləri CRM sistemlərindən getdikcə daha tez-tez istifadə etməyə başlayırlar, hansı ki, qiymətli dəqiqələri itirmədən informasiyanı tez axtarmağa imkan verir.

Bundan əlavə, rieltorlar üçün CRM sistemləri müştəri xidmətinin keyfiyyətini artırmağa kömək edir. Xidmətin keyfiyyətinin yaxşılaşdırılması ona görə baş verir ki, ərizəyə reaksiya sürəti artır. Hər bir müştəri ilə əməkdaşlığın bütün tarixinin mövcudluğu fərdi yanaşmanı qurmağa imkan verir.

Rieltorlar üçün CRM sisteminin kadrların işinin təşkilində əhəmiyyəti

Rieltorlar üçün CRM sistemi kadrların idarə olunmasını strukturlaşdırmağa kömək edir. Daşınmaz əmlak agentliyində belə bir sistemin tətbiqindən sonra, agentliyin rəhbəri hər bir işçinin necə işlədiyini, müştərilərinin agentliyə maksimum gəlir gətirdiyi barədə məlumatlara çıxış əldə edəcəkdir. Amma işçilər, öz növbəsində, mükafatlar hesabına daha yaxşı işləyəcəklər.

Bütün daxil olan müraciətlər avtomatik olaraq menecerlər arasında qeydə alınacaq və bölüşdürüləcəkdir. Bununla da heç bir əməkdaşın iş yerində boş-boşuna dayanması mümkün olmayacaq, hər kəs maksimal dərəcədə səmərəli işləyə biləcək. Rieltorlar üçün CRM sisteminin böyük üstünlüyü ondan ibarətdir ki, o, bütün sifarişləri izləməyə imkan verir. Beləliklə də, sistemdə müştərinin tələblərinə cavab verən obyekt olduqda müştəriyə bu haqda asanlıqla məlumat verilir.

Daşınmaz əmlak agentliyində bu cür sistemin tətbiqindən sonra rieltorların fəaliyyəti maksimal dərəcədə effektiv və səmərəli olacaq. Fəaliyyət maksimum avtomatlaşdırılacaq və agentliyin gəliri artacaq.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin. 

Sizə maraqlı ola bilər: Avtomobil salonu üçün CRM: Vahid müştəri bazasının yaradılması