15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Reklam necə işləyir?

Reklam məhsullar və şirkətlərin xidmətləri barədə düzgün təsəvvür yaratmaqda marketinqi dəstəkləyir. O, həmçinin məqsədli auditoriyanın hər şeyi bilmək həvəsini generasiya edir, maraqlılıq doğurur və ən nəhayət satışı təşkil etməklə marketinq planını dəstəkləməyə xidmət edir.

Məqsəd auditoriyanızın kim olduğunu və ona necə müraciət etməyi müəyyən etdikdən sonra, ardınca bazarda necə daha yaxşı yerləşməklə bağlı marketinq planı üzrə strategiya işə salmadır.

Reklam strategiyası

Marketinqin köməyilə siz potensial müştərilərinizi öz məhsulunuzun onlara ideal uyğun gəldiyinə əmin edirsiniz, reklam isə məhsulun varlığını əlaqələndirir və müştəri davranışına təsir göstərir. Bunun üçün, reklam müvafiq gəlməli və təsdiqlənməlidir, düzgün şəkildə təqdim olunmalı və yayılmalıdır. Bu dərketmə mərhələsidir (məlumatlılıq və bilik): istehlakçılar reklam vasitəsilə aldıqları məlumatları emal edirlər.

Potensial alıcılarla düzgün istiqamətdə əlaqə qurmaq, müştəri hazırlığının hansı mərhələsində olmasından asılı olan ünsiyyətdən ibarətdir.

İstehlakçı hazırlığı 6 hissədən ibarətdir (məlumatlılıq, bilik, meyllilik, üstünlük, əminlik və satış), bu da öz növbəsində üç mərhələyə bölünür – idrak, duyğu, arzu.

Sizin reklam strategiyanız, müxtəlif vasitələrlə təkliflərinizi doğru auditoriyaya çatdırmaq, izah etmək və göstərməyə kömək edəcəkdir. Buna maraq yaratmaq üçün məhsulun faydalarına əsaslanaraq məlumat verilməlidir.

Duyğu mərhələsi (meyillilik və üstünlük): istehlakçılar duyğu mərhələsində olduğu zaman brendə (markaya) inanmaq istəyirlər. Burada reklam çox mühüm, emosional rol oynamalıdır.

Arzu mərhələsi (əminlik və alışların həyata keçməsi): bu mərhələdə istehlakçlar ya özlərinin satınalma arzularını ifadə edirlər, ya da satın alırlar. Burada reklam alış prosesini müşaiyət edən üsul kimi yüksəlir.

Bəs, bu mənim biznesimdən ötrü nə deməkdir, hansı əhəmiyyət daşıyır?

Müasir, bəzən isə həddən artıq yüklənmiş bazarda uğurlu olmaqdan ötrü, şirkətlər bir məhsul və ya xidmətin bazara gətirilməsi üçün hərtərəfli bir strateji plan olan marketinq strategiyasını inkişaf etdirməlidirlər. Reklam – bu planın bir hissəsidir.

Onun digər tərkib hissələri – bazarın tədqiqi, media planlaşdırılması, icyimaiyyətlə əlaqələr, brendin və məhsulun inkişafı, paylaşdırılması, mövqe tutulması, seqmentasiya, müştərilərə dəstək, satış və qiymət təşəkkülü strategiyasıdır.  Bütün bu elementlər yatırım və reklam tələb edir, bir qayda olaraq, marketinq planının ən məsrəfli hissəsi sayılır.

Satışa çevrilməsi üçün, reklam ümumi marketinq strategiyasının qalan hissəsi ilə uğurla qarşılıqlı əlaqədə olmalıdır.

Əslində yalnız marketinq və reklamı fərqləndirməyi deyil, həm də onların qarşılıqlı işləməsini öyrənmək çox mühümdür. Onların aralarında büdcəni necə düzgün bir şəkildə bölüşdürməyi başa düşmək, çox yəqin ki, məhsulunuzun müvəffəqiyyətli çıxışına və bazarda mövcudluğuna gətirib çıxaracaqdır.

Sizə maraqlı ola bilər: Satışın artırılması üçün 5 qiymət strategiyası