15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Reklam fəaliyyəti. Reklamın düzgün planlaşdırılması.

Reklamın uğuru onun ictimai etibarından asılıdır, ona görə də reklam fəaliyyəti bu etibara hər cür yardım etməlidir.

Müasir reklamın əsas mahiyyəti kompleks marketinq sisteminin ayrılmaz və aktiv tərkib hissəsindən ibarət olmasındadır. Onun inkişaf səviyyəsini istehsalçının reklam və informasiya fəaliyyətinin keyfiyyəti və effektivliyi və dünya bazarının yeni tələblərinə uyğunluğu müəyyənləşdirir. Reklamın uğuru onun ictimai etibarından asılıdır, ona görə də reklam fəaliyyəti bu etibara hər cür yardım etməlidir.

Reklam prosesinin kifayət qədər yüksək səviyyədə olması üçün bu reklam fəaliyyətinin müvafiq mərhələləri əvvəlcədən olmalıdır:

  • Bazarın təhlili (istehlakçı motivasiyalarının tədqiqi)
  • Reklam planlaşdırılmasının strategiyası (reklam kampaniyalarının məqsədi, hədəf auditoriyasının müəyyən edilməsi, reklam büdcəsinin müəyyənləşdirilməsi, reklam müraciətinin yaradıcı ideyalarının hazırlanması, reklam tədbirlərinin planlaşdırılması)
  • Reklam planlaşdırılmasının taktikası (reklam vasitələrinin seçilməsi, konkret reklam daşıyıcılarının müəyyən olunması və potensial səmərəliliyin hesablanması, ictimai planlaşdırma)
  • Reklam müraciətinin yaradılması (tərkibi, arqumentlər, keyfiyyət, maketin hazırlanması ssenari, istehsal)

Reklamın düzgün planlaşdırımasından ötrü aşağıdakı informasiyaları təhlil etmək zəruridir:

  • Məhsullar barədə məlumatlar: məhsulların tələbatlılığının və onun zövqləri ödəmə dərəcəsinin müəyyən edilməsi, malların alınması üçün təşviqi səbəblərin aşkar edilməsi, məhsulun cəlbedici keyfiyyətlərinin təyin olunması və reklam zamanı onlardan istifadə olunması imkanları;
  • Bazar haqda məlumat: məhsulun tələbatlılığının təyin olunması, bazarın həcmi və onun yerləşdiyi məntəqə, istehlakçılar tərəfindən malların əldə olunması tezliyi və birdəfəlik həcm, potensial istehlakçı ehtiyatı və alışla bağlı qərara təsir edən digər şəxslər;
  • Məlumatın məcburi göstərilməsi ilə tələb meyli barədə məlumat: (genişlənir, ya kiçilir):  əlverişli bazar amillərini inkişaf etdirmək üçün reklamdan istifadə etmək olarmı, reklamın köməyi ilə malların satışında əlverişsiz bazar tendensiyalarını önləmək olarmı.

Ümumiyyətlə, reklam fəaliyyətini aşağıdakı əsas mərhələlərə ayırırlar:

  1. Satış Promosiyası – qısa müddətlərdə reklam vericisinin məmulatların və ya xidmətlərin satışını stimullaşdıran kommersiya və yaradıcı ideyaların həyata keçirilməsi ilə əlaqəli fəaliyyəti. Bu, əsasən satış promosiyasının rəngarəng alətləri yerləşən malların qablaşdırılmasının köməyilə (alışlara cəlb etmə, şəbəkə işinin stimullaşdırılması – mal istehsalçısı, məs, məşhur adamların portretləri, cizgi filmləri qəhrəmanları, bahalı avtomobil markaları),  eləcə də satış yerlərində xüsusiləşdirilmiş tədbirlərin keçirilməsi yolu ilə istifadə olunur.
  2. Uzunmüddətli məqsəd – müəyyən mal nişanı ilə markalanmış və istehlakçının qavrayışında firma mallarının böyük dəyərliliyinin formalaşdırılması; qısamüddətli – istehlakçılar üçün malların əlavə dəyərliliyininin yaradılması.
  3. İctimaiyyətlə əlaqələr –  əmtəə birliklərinə və ya onları istehsal edən şirkətə xeyirxah münasibət göstərməyi hədəfləyir, nüfuzlu reklamlar etmək məqsədilə məlumatların yayılmasında kütləvi informasiya vasitələrinin redaksiya hissəsindən istifadəni nəzərdə tutur.
  4. Direkt-marketinq – müntəzəm olaraq müəyyən məhsullar almaq niyyətində olan fərdi istehlakçılar və ya firmalarla daim əlaqə saxlayır. Direkt- marketinq fəaliyyəti əsasən birbaşa poçt vasitəsi ilə və ya yüksək ixtisaslaşmış reklam mediası vasitəsi ilə həyata keçirilir.

Reklamlar praktiki olaraq, bazara təsir göstərən yeganə alət olub. Əgər şirkətlərin marketinq fəaliyyətinin başlıca növlərinə diqqət yetirsək, onda bu daha açıq-aşkar təsdiq olunur. Reklam şirkətlərin bilavasitə istehsal, daşıma kimi texniki əməliyyatları istisna olmaqla, onların  bütün aktivlik sahələrinə, satışına və s. öz təsirini göstərir. Qeyd etmək lazımdır ki, qiymət və qablaşdırma da bazara aktiv təsir elementlərinə malikdir, həmçinin yaddan çıxarmaq olmaz ki, qiymət yalnız reklam yolu ilə məlumatlandırıldıqda istehlakçılardan ötrü əlçatan olur, qablaşdırma isə özündə reklamın elementlərini daşıyır.

ABŞ-da mal istehsal və satışının ümumi xərcinin 5%-dən çoxu tək KİV-lərdə reklamlara sərf olunur. Kütləvi istehlak əşyaları hazırlayan şirkətlərdə bunun payı daha yüksəkdir; dərman preparatları istehsalında – 20%, ətir və kosmetika sahəsində – 13,5%, mətbəx ləvazimatlarında – 12,8%, spirtli içkilərdə – 11,9%, qalantereyeda – 9,4%, yuyucu vasitələrdə – 8%.

İstənilən biznes sahəsinin başlıca məqsədi, müvəffəqiyyətli markanın həm təchizatçı, həm də alıcılar baxımından ən vacib hissəsi etibar qazanmaqdır.

Sizə maraqlı ola bilər: Bulud CRM sistemləri: Uydurma qorxular