15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Rəng parametrlərinin konversiya əmsalına təsiri

rəng

Statistika iddia edir ki, məhsul satışının 85% – i onların maraqlı dizaynından asılıdır, rəngli təsvirdə olan reklam və yazılar isə adi ağ-qara təsvirlərdən 26% daha çox effektiv olur. Marketinqin aspektlərindən biri psixologiyadır ki, dizayn və rəng seçimi zamanı mütləq nəzərə alınmalıdır. Rəng parametrlərinin düzgün istifadə edilməsi ilə dönüşümün 35% – ə qədər artırılması mümkündür ki, bu da satışların artırılmasına gətirib çıxarır.

Bundan istifadə etmək istəyirsiniz? Onda elə indi, bu maraqlı məlumatı əldə etdərək dərhal işə başlayın!

Rəng tənzimləmələri

“Rənglərin birləşməsi potensialın artması və böyük satış artımına gətirib çıxarır” kimi müəyyən bir formul yoxdur. Öncə öz auditoriyanızı öyrənməli və başa düşməlisiniz və yalnız bundan sonra məhz, ona uyğun dizayn seçmək lazımdır.

Misal üçün, sizin potensial alıcılarınız əsasən kişilər və qadınlardır?

Qadınlar aşağıdakı rənglərə üstünlük verirlər: yaşıl; bənövşəyi; mavi.

Kişilər isə: yaşıl; qara; mavi.

Həmçinin onu da başa düşmək lazımdır, elə rənglər də var ki, onlar antipatiya doğurur.

Kişilər üçün bunlar: bənövşəyi; narıncı; mixəyi.

Qadınlar üçün isə bunlardır: mixəyi; narıncı; boz.

Alış arzusunu yüksəldən rənglər:

  • narıncı – əlçatanlılıq;
  • göy –  etibarlılıq;
  • yaşıl –  mötəbərlilik;
  • qara – zəriflik;
  • tünd qırmızı – möhtəşəmlilik;
  • mavi – rahatlıq.

“İkili məna” verən rənglərdən çox diqqətlə istifadə etmək zəruridir. Onlar alıcılara fərqli təsir göstərir: kimini motivasiya edir, digərlərini isə əksinə – itələyir.

Məsələn: Qara – eyni zamanda həm zəriflikdir, həm də qorxu;

Çəhrayı – həm zəiflik, həm də zəriflik;

Mixəyi – çiçəkləmə və usandırıcılıq.

Mənfi təsirə malik yalnız bir rəng var – boz, hansı ki, tənhalıq və qüssə hissi doğurur. Baxmayaraq ki, bu rəngdən də savadlı istifadə etmək olar, məsələn, saytlarda qotik motivli mövzulardan söhbət getdikdə və s.

Burada mütləq şəkildə təkcə rəngin özü deyil, onun digər detallarla ahəngdarlığı  da əhəmiyyət daşıyır. Məsələn, əgər “satış” düyməsini qabartmaq lazımdırsa, onu parlaq rəngdə etmək arzu olunandır, yerdə qalan funksionalı isə daha boğuq rəng çalarında da etmək olar. Bu sözügedən elementin əhəmiyyətini qeyd eləmək üçün yerinə yetirilir, yəni, ziyarətçilərin ona diqqətini artırmaq və müvafiq olaraq satmaq və motivasiya üçün.

Alışı həyata keçirən cəmi 3 insan tipi mövcuddur və onların hər biri müəyyən rənglərə üstünlük verir:

Impulsiv – qara, narıncı, göy;

Maliyyə məhdudiyyəti olan – yaşıl, göy;

Digərləri – qırmızı, mavi.

Öncə məhz, kimi cəlb etməyə hazırlaşdığınızı müəyyən etmək lazımdır.

Məlumatları olduğu kimi qəbul etmək və öz saytınızda mütləq şəkildə həmin rənglərdən istifadə etmək lazım deyil. “Yaradıcıllığınızı işə salmaq”, bunları harada və necə daha yaxşı istifadə etməyi dəyərləndirmək, onların hansı elementlərdə daha faydalı görünə biləcəyinə diqqət yetirmək və bir çox digər parametrləri nəzərə almaq lazımdır.

Əks təqdirdə, siz öz saytınızı satış səhifəsinə deyil, eyni zamanda qırmızı, sarı və yaşıl işıqları yanan işıqfora çevirə bilərsiniz. İstifadəçi bundan sadəcə çaş-baş qala bilər və sizin üçün zəruri hərəkəti yerinə yetirə bilməz.

Rəng dizaynı təkcə estetik element deyil, təcrübəli ustanın böyük uğurlar əldə edə biləcəyi əsil alətdir.  Görünüş rənginin ən sadə dəyişməsi belə dönüşümdə müsbət təsir göstərə, onun faydalılığını 21% yüksəldə bilər.    

Sizə maraqlı ola bilər: Cubics CRM sisteminin yeni versiyası