15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Logistika şirkətləri üçün CRM: Proseslərin idarə edilməsi

Bir qayda olaraq, logistika şirkətləri üçün CRM sistemləri tipik CRM -dir, lakin, bu sistem məhz bu sahə üçün səciyyəvi olan spesifik proseslərlə tamamlanır.

Logistika şirkətləri də hər hansı digər şirkətlər kimi, biznesin aparılmasında xərcləri azaltmağa və mənfəətin artmasına kömək edəcək fəaliyyətlərin avtomatlaşdırılmasına ehtiyac duyur. Məhz, buna görə də son zamanlar daha çox logistik şirkətlər öz işlərində xüsusi olaraq bu fəaliyyət sahəsi üçün işlənib hazırlanmış CRM -dən istifadə etməyə başlayırlar.

Logistika şirkətləri üçün CRM logistika şirkətində aşağıdakı prosesləri təmin etməlidir:

  • Müştəri ilə bütün qarşılıqlı əlaqə proseslərini, onun axtarışından başlayaraq və dəstəyi yerinə yetirənə kimi təmin etmək.
  • Real vaxt rejimində cari vəziyyəti təhlil etməyə kömək edəcək hesabatların və digər analitik materialların formalaşdırılması.
  • Təchizatçılar və tərəfdaşlar arasında əlaqələrin idarə edilməsini təmin etmək.
  • Heç bir logistika şirkətinin keçinə bilmədiyi yol sənədlərinin generasiyası.
  • Hər bir nəqliyyat vahidi üçün avtomatik cədvəl tərtib edilməsi.
  • Hesabların avtomatik verilməsi. Öz müştərilərinin sms və poçt vasitəsilə məlumatlandırmaq imkanı.

Logistik şirkətlər üçün CRM -in tətbiqinin nəticəsi belə olacaq:

  • Hər bir parselin çatdırılmasının necə keçdiyinə dair aktual məlumatların mövcudluğu. Bu məlumat 24 saat, həftədə 7 gün ərzində onlayn rejimdə təqdim olunacaq.
  • Hər bir sifarişçiyə fərdi yanaşma imkanı onun haqqında olan informasiyanın təhlili əsasında hazırlanacaq.
  • Müştəriloyallığının səviyyəsinin artırılması və nəticədə narazı müştərilərin səviyyəsinin aşağı salınması.
  • Müştəri xidməti keyfiyyətinin artırılması, müştəri müraciətlərinin sürətinin artırılması, yaranan problemlərin operativ həlli.
  • Logistika şirkətləri üçün CRM-in tətbiqinin ən əsas nəticəsi ondan ibarətdir ki, şirkət gəlirlərini artırmağa və gündəlik işlərin həcmini azaltmağa başlayacaq.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Yerli bazara uyğun, Azərbaycan dilində də istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək üçün https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin. 

Sizə maraqlı ola bilər: Avtomobil salonu üçün CRM: Vahid müştəri bazasının yaradılması