15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Lead ads. Lead elanların yaradılması

lead-ads

Lead-ads sizin gələcəkdə loyallığını qazana bilmək və əlaqə məlumatlarının qarşlığında istifadəçiyə  pulsuz verdiyiniz faydalı kontentdir. İstifadəçi isə təklifin istifadəsindən sonra baş verəcək dəyişiklikləri dəyərləndirmək imkanı əldə edir

Lead-ads – əlaqə məlumatlarına qarşılıq  bir xidmətdir. Təcrübə göstərib ki, ziyarətçilər pulsuz faydalı informasiya qarşılığında öz e-maillərini və ya telefon nömrələrini çox həvəslə təqdim edirlər. Bu isə “ilıq” müştəri bazasının və trafikin əhəmiyyətli şəkildə yüksəlişinə gətirib çıxarır.

  • Birincisi, lead-elan yaratmaq nədən başlanır? Hədəf Auditoriyasının müəyyən edilməsi.Onları müəyyən etmək üçün isə bir neçə effektiv metod var.
    • Yandex Metrika və ya Google analytics məlumatlarının təhlili. Axtarış sorğuları statistikası və ən populyar dönüşüm səhifələri sizə açıq şəkildə Hədəf Auditoriyasına olan tələbatı göstərəcək.
    • Rəqibləri, onların resurslarını öyrənməli, təməl kimi onların uğurlu ideyalarını götürün.
    • Sizin resursun faydalılığı və istifadə zamanı rahatlığı barədə müştərilər arasında sorğu keçirilməsi.
  • Lead-elanın özünün yaradılması. Aşağıdakı suallara cavab verməklə siz böyük ehtimalla öz təklifinizi formalaşdıra bilərsiniz:
    • Bizim ziyarətçi üçün hansı problem yarana bilər?
    • Biz həmin problemi necə həll edə bilərik?
    • Biz problemin həllini necə tez verə bilirik?
    • Bizim təklifimiz hansı nəticəni verir və o, ziyarətçilər üçün nə dərəcədə mühümdür?
    • Ziyarətçiyə onun problemini məhz, bu yolla həll edə biləcəyinizi necə başa salmalı?
    • Mətn ilk oxunuşdan aydındırmı?
    • Mətn emosiyalar doğura bilirmi?

İndi siz öz resursunuz üçün yalnız effektiv reklam aləti yaratmaq gücündə deyil, həm də öz biznesinizi hədəf auditoriyasına daha çox oriyentasiya etmək gücündəsiniz.  

Sizə maraqlı ola bilər: Uşaq bağçası üçün CRM: Avtomatlaşdırılmış sistemlə produktiv işin təşkili