15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Hüquq şirkətləri üçün CRM: Müştəri müraciətlərinin effektiv təşkili

Hüquq şirkətləri üçün CRM -in tətbiqindən sonra hər bir mütəxəssisin fəaliyyəti daha da səmərəli olacaq, heç bir müştəri diqqətdən kənarda qalmayacaq və şirkətin mənfəəti artmağa başlayacaq.

Hüquq şirkətləri məhz, insanların daim müraciət etdiyi şirkətlərə aiddir və daxil olan məlumatlar axını da çox böyükdür.

Hüquq şirkətinə müraciət edən hər bir kəsin özünəməxsus müəyyən məqamları ilə fərqlənən problemləri olur. Bütün bunları da şirkətin mütəxəssislərinin yadda saxlaya bilməsi çətinlik törədir. Hüquq şirkətlərinin sayı nə qədər çoxdursa, onların fəaliyyətinin avtomatlaşdırılması bir o qədər vacib olur.

Hüquq şirkətləri üçün CRM məhz, hər bir müştəri ilə iş prosesini daha rahat və səmərəli etməyə kömək edəcək.

Hüquq şirkətləri üçün CRM aşağıdakı funksiyaları əhatə etməlidir:

  1. Bütün daxil olan sorğuların qeydiyyatı. Hüquq şirkətində hər bir müraciət qeydə alınmalıdır. Belədə heç bir müraciət diqqətsiz qalmayacaq. Və yenidən müraciətlər edildikdə, şirkətin mütəxəssisinə onlara rəhbərlik etmək daha asan olacaq.
  2. Müştəri bazasının mühafizə edilməsi. Şirkətə müraciət edən hər bir müştəri bazaya daxil edilir. Müştərinin kartında müraciətin tarixləri, problem, həmin problemin həllinin hansı mərhələdə olduğu və s. bütün nüanslar görünür. Bütün müştəriləri müəyyən qruplara ayırmaq olur. Bu da sistemi daha çevik edir və hər bir şirkətə buna uyğun müstəqil müraciət etmək imkanı verir.
  3. Hüquq şirkətləri üçün CRM onlayn sistemdə olmalıdır. Bu, şirkətin mütəxəssislərinə dünyanın hər hansı bir yerindən 24 saat, həftədə 7 gün məlumat əldə etməyə imkan verəcəkdir. Bu, əlbəttə ki, işin səmərəliliyinə təsir edəcəkdir.
  4. Güclü analitik modul. İnteqrasiya olunmuş analitik modul real vaxtda bütün statistik məlumatları əldə etmək imkanı verir. Qrafiklərdə müraciətlərin artımını və ya azalmasını izləmək, satış statistikasını, hər bir əməkdaşın işinin səmərəliliyini, nə qədər işin yerinə yetirildiyini, hansı müqavilələrin bağlanıldığı və yerinə yetirildiyini və mənfəət gətirdiyini görmək mümkündür.
  5. Təqvim. Təqvimdə şirkətin hər bir mütəxəssisinə onun iş planı göstərilir. Bu və ya digər müraciətin hansı mərhələdə olduğu, müddətlərin pozulması hallarının, xüsusi diqqət yetirməli məsələlərin olub-olmadığını nəzərdən keçirmək mümkün olacaq. Belə müfəssəl cədvəl hər bir mütəxəssisin işini maksimal dərəcədə effektiv etməyə kömək edəcək, rəhbərə isə hər bir əməkdaşın işi haqqında hesabat almağa imkan verəcəkdir.
  6. Sms və poçt vasitəsilə avtomatik göndərişləri yollanılması. Bu funksiya müştərilərə problemin həllinin hansı mərhələdə olduğu, görüşə gəlməyin zəruriliyi barədə xatırlatma və s.barədə vaxtında məlumat verməyə kömək edəcəkdir.

Hüquq şirkətləri üçün CRM -in tətbiqindən sonra hər bir mütəxəssisin fəaliyyəti daha da səmərəli olacaq, heç bir müştəri diqqətdən kənarda qalmayacaq və şirkətin mənfəəti artmağa başlayacaq.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Təlim mərkəzləri üçün CRM: İdarəetmənin avtomatlaşdırılması