15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Gözəllik salonu üçün CRM: Müştərilərin cəlbi

Gözəllik salonuna yeni müştəriləri cəlb etməyə və köhnələri saxlamağa məhz, gözəllik salonu üçün CRM sistemindən istifadə kömək edir.

Gözəllik sahəsində bu gün sözün həqiqi mənasında bəlkə də ən sərt rəqabət mövcuddur.

Demək olar ki, hər küncdə belə salonlar açılıb və onların sahibləri hər bir müştəri uğrunda mübarizə aparmalı, elə etməlidirlər ki, adamlar qonşu qapıya deyil, məhz onların yanına gəlsinlər.

Bu prosesin səmərəli və sadə olması üçün bir çox gözəllik salonları öz işlərində artıq CRM sistemindən istifadə etməyə başlayıb.

Gözəllik salonuna yeni müştəriləri cəlb etməyə və köhnələri saxlamağa məhz, gözəllik salonu üçün CRM sistemi kömək edir.

Bu onun sayəsində baş verir ki:

  1. Sayt vasitəsilə salona qeydiyyat girişini təşkil etmək mümkündür. Məlumatlar avtomatik olaraq CRM sisteminə köçürüləcək və salon əməkdaşları onlara hansı sayda müştəri gəldiyi və hansı xidmətə yazıldığı barədə bildiriş alacaqlar.
  2. E-poçt və ya bir SMS göndərişi vasitəsi ilə qarşıdakı qeydiyyat barədə müştərilər məlumatlandırılır. Bilavasitə xidmət göstərilən gündə gözəllik salonunun meneceri müştərini zənglə arayacaq və salona gəlib-gəlməyəcəyini dəqiqləşdirəcək.

Gözəllik salonu üçün CRM sistemi salon əməkdaşlarına aşağıdakı imkanları təqdim edir:

  1. Hər bir müştərinin iş tarixini izləmək mümkün olur. Müştərinin ad günü münasibətilə xüsusi təkliflərin hazırlanması, müştərinin təbrik edilməsi və salona dəvət edilməsi. Belə diqqət müştəriyə xoş olacaq və onu daim salona saxlamağa kömək edəcək.
  2. Gələcəkdə doğru müştəriləri daha sürətli axtarmağa imkan verəcək qruplara bölünməsi.
  3. Statistikanın aparılması: onlayn rejimdə salonun hansı xidmətlərinin və hansı ustaların daha çox populyar olduğu barədə məlumatlar əldə edilə bilər.

Həmçinin şirkətin mənfəətini izləmək, fəaliyyət istiqamətini tənzimləmək mümkündür.

Gözəllik salonu üçün CRM sistemindən istifadə zamanı salonun fəaliyyəti daha məhsuldar və gəlirli olacaqdır.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Hüquq şirkətləri üçün CRM: Müştəri müraciətlərinin effektiv təşkili