15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Fitness klub üçün CRM: Müştərilərin cəlbi və loyallığının qorunması

Fitness klub üçün CRM sistemi müştərilərin aktual bazasını saxlamağa kömək edir. Hansı ki, fitness klub əməkdaşlarının ora daimi girişi olacaq və bu onlara əlavə imkanlar açır.

Fitness klublar bu gün biznesin digər sahələrindən fərqli olaraq ən sərt rəqabət şəraitində işləməyə məcburdurlar. Çünki indi fitness klubları demək olar ki, hər addımda yerləşir və hər bir müştəri üçün mübarizə aparmalı olurlar.

Məhz, buna görə də fitness klub sahibləri müştərilərini necə cəlb etmək və ən əsası öz müştərilərini necə saxlamaq barədə düşünməlidirlər.

Bu problemi həll etmək üçün fitness klub üçün CRM sistemi yaradılmışdır.

Fitness klub üçün CRM müştərilərin həm birdəfəlik, həm də abonementlərlə gəlişlərini qeyd etməyə kömək edir. Müştəri məlumat bazasında bütün informasiya rahat şəkildə yerləşdirilir. Fitness klubun menecerləri məşq proqramları, abonementlər və bir çox digər meyarlar üzrə məlumatları strukturlaşdıra bilərlər.

Bundan başqa, klubun menecerləri hansı müştərilərin abonement müddətinin bitməsi barədə xəbərdarlıq alacaqlar. Bu da müştəriyə kluba gələn kimi və ya avtomatik olaraq SMS göndərişi vasitəsi ilə vaxtında təklif etməyə imkan verəcək.

Həmçinin ad günləri haqqında xatırlatmaları yaratmaq imkanı da var. Təbrik və ya pulsuz ziyarət, ola bilsin sadəcə yalnız endirim etmək, həmişə onlara xoş olacaq və müştərini özünüzə yönəltməyə kömək edəcəkdir.

Həmçinin fitness klub üçün CRM, cədvəli rahat formada aparmağa imkan verir. Və hər bir məşqçi üçün təqvimdə dərs başlayanda məlumat işıqlandırılacaq. Belə cədvəli redaktə etmək, onu gözdən keçirmək çox asandır. İdarəetmə hüququ olan fitness klubun əməkdaşları üçün hər bir məşqçinin gəlişi və gedişini qeyd etmək imkanı olacaq. Bu da mükafatlandırma haqqında qərar qəbul etməyə imkan verəcək.

Bundan əlavə, fitness klub üçün CRM aşağıdakıları yerinə yetirməyə imkan verəcək:

  1. Fitness klubun kassasının aparılması və onun vəziyyətinin yoxlanılması;
  2. Endirimlər sisteminin idarə olunması;
  3. Abonementlərin uçotu və müddətinin uzadılması;
  4. Fitness klubunun uğurlu tətbiqindən sonra CRM hesabatlarının formalaşdırılması və çap edilməsi biznesin inkişafına və mənfəətin artmasına kömək edəcəkdir.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Daşınmaz əmlak agentliyi üçün CRM