15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Daşınmaz əmlak agentliyi üçün CRM

Daşınmaz əmlak agentliyi üçün CRM hər bir müştəri ilə maksimum səmərəli işləməyə kömək edir. İlkin və təkrar daşınmaz əmlak bazarında təkliflər, eləcə də müştərilər barədə məlumatlar daşınmaz əmlak agentliyi üçün CRM bazasında aparılır.

Daşınmaz əmlak ən bahalı biznes sahələrindən birinə aiddir. Və tikinti şirkəti üçün satışların artıq tikintinin ilkin mərhələsində baş tutması və  maksimum mənfəət əldə etməyə başlaması çox vacibdir.

İkinci əl daşınmaz əmlak bazarı da yerində saymır, hər gün, hətta hər saat yeni sövdələşmələr həyata keçirilir. Və bir qayda olaraq əmlak alan adamlar peşəkarlara, yəni, daşınmaz əmlak agentliklərinə müraciət edirlər.

Daşınmaz əmlak agentlikləri indi çoxdur. Orada işləyənlər daşınmaz əmlak agentliyinin nüfuzunu artırmaq və müştəriləri özlərinə cəlb etmək üçün operativlik və peşəkarlıq göstərməlidirlər. Agentliyinin hər bir əməkdaşının fəaliyyətinin maksimum səmərəli olması üçün agentlikdə CRM tətbiq edilir.

Beləliklə, agentliyin hər bir əməkdaşı daşınmaz əmlak obyektinə və müştərilərin tələblərinə uyğun olaraq, maksimum tez şəkildə axtarış edə bilər. Özü də başa düşmək lazımdır ki, daşınmaz əmlakla bağlı iş prosesi uzun çəkir və həftələrlə, hətta aylarla davam edə bilər. İşin mərhələlərə bölünməsi hər bir müştəri ilə işin hansı mərhələdə olduğunu izləmək imkanı verir. Bu, hər hansı bir ərizəni itirilməsi kimi halların qarşısını alır. Həmçinin mütəmadi olaraq müştərinin istəyinə uyğun olan bir daşınmaz əmlak obyekti olduqda məlumatlandırmağa imkan verir.

Daşınmaz əmlak agentliyi üçün CRM bu funksiyalara da malikdir:

  1. Hər bir müştəri ilə iş tarixçəsinin mühafizəsi
  2. Müştərilərin müxtəlif meyarlara uyğun strukturlaşdırılması
  3. IP telefoniya müştərilərlə operativ əlaqə saxlamaqla yanaşı yığım prosesində onunla iş üzrə bütün məlumatları görməyə imkan verəcək.
  4. Satış qıfı satışların mərhələli şəkildə idarə edilməsinə imkan verir.
  5. Daşınmaz əmlak agentliyində işlərin cari vəziyyətini izləməyə imkan verəcək statistik hesabatlar.
  6. Sənədlərin formalaşdırılması: müqavilələr, hesabat blankları və digər sənədlər.

Yuxarıda sadalanan bütün funksiyalar daşınmaz əmlak agentliyinin əməkdaşlarına maksimal effektiv işləməyə kömək edəcək. Bu da müştəriləri qorumağa, daşınmaz əmlak agentliyinin imicini artırmağa və müştərilərin cəlb olunmasına kömək edəcək.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Satışın stimullaşdırılması metodları