15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – Wazzup24 ilə inteqrasiya

Wazzup24 ilə inteqrasiya Whatsapp hesablarınızı Cubics CRM – də idarə etməyə imkan verir. Yeni müştərilərlə əlaqələri daha tez yarada, eyni zamanda, yazışma tarixçəsinə istənilən vaxt nəzər yetirə və bir neçə nömrəni əlavə edib istifadəçiləri cavabdeh təyin edə bilərsiniz.

Wazzup24 – də qeydiyyat

İlk öncə Wazzup24 – də qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat linki

Linkə daxil olduqdan sonra açılan pəncərədə e – mailiniz və promo kodu daxil edin (“наколдовать” klik etdikdə avtomatik promo kod generasiya olunur) və “Qeydiyyatdan keçin” (Зарегистрироваться) düyməsinə klik edin.

Wazzup24 ilə inteqrasiya

Dilinizi seçin və “Sonrakı” (Далее) düyməsinə klik edin.

Wazzup inteqrasiyası

 Adınızı daxil edin, şifrənizi yaradın və “Sonrakı” (Далее) düyməsinə klik edin.

Ölkə kodu və mobil nömrənizi daxil edərək “Telefon” (Телефон) düyməsinə klik edin.

Wazzup24 ilə inteqrasiya

Açılan pəncərədə “WhatsApp” seçib Wazzup – da kanal yarada bilərsiniz.

Wazzup24 ilə inteqrasiya

Wazzup – da kanal yaradılması

Wazzup hesabınıza daxil olun və soldakı “Ayarlar” (Настройки) bölməsinə daxil olun.

Soldakı “Menyu” (Mеню) – dan “Kanallar” (Каналы) seçin. “Kanal əlavə et” (Добавить канал) klik edin və WhatsApp seçin.

Wazzup24 ilə inteqrasiya

Bu zaman öz WhatsApp hesabınızı Wazzup – a əlavə etmək üçün QR kod formalaşacaq.

Cubics CRM – ə inteqrasiya etmək istədiyiniz WhatsApp hesabınızın WhatsApp Web funksionallığı ilə QR kodu oxudun.

Wazzup24 ilə inteqrasiya

Əlavə etdikdən sonra kanal “Kanallar siyahısı” – da görünəcək. 30 saniyə ərzində son üç dialoq yüklənəcək.

“Yeni kanal” (Новый канал) sətrinə klik edin. “Ayarlar” (Настройки) bölməsi sağda görünəcək. Ayarlarda “Kanalın adı” (Название канала) bölməsindən kanalın adını da dəyişə bilərsiniz.

Burada kanal tarifini dəyişə bilərsiniz. Ayarlardakı hər hansı bir dəyişiklikdən sonra “Yadda saxla” (Сохранить) düyməsinə klik edin.

Cubics CRM – in Wazzup24 ilə inteqrasiya ayarları

Wazzup hesabınıza giriş edin → “Ayarlar” (Настройки) → “İnteqrasiyalar” (Интеграций) ardıcıllığı ilə müvafiq bölməyə daxil olun. Açılan pəncərədə “API ilə inteqrasiya” (Интеграция по API) seçin.

“Mənə Webhook – ları qəbul etmək lazımdır” (Мне нужно получать веб – хуки) bəndi seçin.

Webhook üçün  Cubics CRM profilinizdən kopyaladığınız linki müvafiq bölməyə əlavə etməlisiniz.

Bunun üçün: Cubics CRM – ə daxil olun Ayarlar İnteqrasiyalar və Wazzup bölməsində “Quraşdır” düyməsinə klik edin. Açılan pəncərədə “Web-hook ünvanı” linkini kopyalayın.

Kopyaladığınız linki Wazzup – da “Web-hook ünvanı” (Адрес для веб-хуков) bölməsinə əlavə edin və “Qoşmaq” (Подключить) düyməsinə klik edin. Açılan pəncərədə “API açarı” (Ваш ключ API) kopyalayın.

Cubics CRM – ə geri dönün olun və kopyaladığınız API açarı “Wazzup API açarı” bölməsinə daxil edin.

Wazzup səhifəsinə daxil olun və səhifənin yuxarı sol küncündə yerləşən Wazzup ID kodu kopyalayın.

Wazzup səhifəsinə daxil olun və səhifənin yuxarı sol küncündə yerləşən Wazzup ID kodu kopyalayın.

Wazzup24 ilə inteqrasiya

Cubics CRM daxil olun və həmin ID – ni “Wazzup ID” bölməsinə defissiz daxil edin.

Sonra Wazzup kanalına qoşduğunuz nömrəni “Wazzup nömrəsi” bölməsinə daxil edin, Cavabdeh şəxsi seçin və “Yadda saxla” düyməsinə klik edin.

Wazzup24 ilə inteqrasiya

Cubics CRM – ə daxil olun → MesajlarWazzup. İnteqrasiya uğurla başa çatdı.


Cubics CRM – dən 14 gün ödənişsiz istifadə üçün qeydiyyatdan keçin. 

Sizə maraqlı ola bilər: Cubics CRM – Veb formalar