15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – Virtual ATS ilə inteqrasiya

CRM hesabınızdan zəng etmək, zəngi yönləndirmək və ya ləğv etmək kimi funksiyalardan istifadə etmək istəyirsinizsə, öz Virtual ATS – inizi Cubics CRM ilə inteqrasiya edə bilərsiniz.

Zəng tarixçəsini səs yazılarını, zəng edən şəxs haqqında məlumatları birbaşa zəng pəncərəsində görmək, satışlarınızıəməkdaşlarınızın performasını artırmaqda sizə əvəzsiz yardımçı olacaq.

İnteqrasiya edə bilmək üçün ilk öncə Virtual ATS – in IP telefoniyası sizin ofisinizdə quraşdırılmalı və şəxsi hesabınız olmalıdır.

Virtual ATS ilə inteqrasiya üçün əvvəlcə öz Cubics CRM hesabınıza daxil olursunuz.

Ayarlar İnteqrasiyalarAzerizone “Quraşdır” bölməsinə klik edirik.

Burada görünən API açarGizli API açar bölmələri Virtual ATS – i CRM – inizə inteqrasiya üçün vacib olan bölmələrdir. Bu bölmələri Azerizone – dakı hesabınızdan əldə edirsiniz.

Bunun üçün web.vats.az saytına daxil olursunuz. Burada Sistemə daxil ol düyməsinə klik edərək Azerzione İstifadəçi adıParol – unuzu daxil edirsiniz.

Azerizone ilə inteqrasiya

Daha sonra açılan səhifədə Ümumi xüsusiyyətlər → İnteqrasiya bölməsinə daxil oluruq.

Azerizone ilə inteqrasiya

İnteqrasiya bölməsinə daxil olduqda açılan səhifədə API açar Gizli API açarı bölmələrindəki kodları kopyalayaraq Cubics CRM – dəki müvafiq bölməyə əlavə edirik.

Azerizone ilə inteqrasiya

Kopyaladığımız API açar Gizli API açarı kodlarını Cubics CRM – də müvafiq bölmələrə əlavə edirik və Daxili nömrələri tap düyməsinə klik edirik.

Azerizone ilə inteqrasiya

Daha sonra daxili nömrələrinizin yerləşdiyi səhifə açılır. Burada Daxili nömrə bölməsində nömrələr yerləşir və bölməyə klik edərək rəqəmlərdə dəyişiklik edə bilərsiniz.

Cavabdeh şəxs bölməsində şirkət əməkdaşlarının adı yerləşir. Burada hər bir əməkdaşın adına nömrəni uyğunlaşdıra bilərsiniz.

“x” düyməsinə klik edərək daxili nömrəni silə bilərsiniz.

Yönləndir bölməsinə klik edərək bəli və ya xeyr qeyd edərək şirkətə gələn zənglərin itməməsi üçün müvafiq nömrələrdən zənglərin yönlənməsinə nail ola bilərsiniz.

Əlaqə nömrələri olan səhifənin sonuna gələrək “+” işarəsinə klik edərək yeni daxili nömrə əlavə edə bilərsiniz. Sonda Yadda saxla düyməsinə klik edərək müvafiq dəyişiklikləri yadda saxlayırsınız.

Yadda saxla düyməsinə klik etdikdən sonra səhifənin əvvəlində yeni bölmələr görünür.

  • Zəng haqqında bildiriş üçün ünvan
  • Menecerlərin təyinatının alınması üçün ünvan

Qeyd olunan ünvanları Azerizone hesabınızda İnteqrasiya səhifəsindəki eyni adlı bölməyə yazırıq.

Ümumi xüsusiyyətlər → İnteqrasiya İnteqrasiya yaratmaq düyməsinə klik edirik.

Yeni inteqrasiya yaratmaq punktunu seçirik. Bu zaman 3 bölmə aktivləşir. 1 – ci xanaya hesabınızın (şirkətin və s. burada Cubics CRM) qeyd edirsiniz.

Zəng haqqında bildiriş üçün ünvanMenecerlərin təyinatının alınması üçün ünvan bölmələrinə isə Cubics CRM – dən kopyaladığımız ünvanları əlavə edirik. Yaddaşda saxla düyməsinə klik edirik.

Bununla da Virtual ATS ilə inteqrasiya tamamlanır. Artıq siz Cubics CRM hesabınızda Zənglər bölməsində zəngləriniz haqqında lazımi məlumatlar əldə edə və bu funksionallıqlardan yararlana bilərsiniz.


Cubics CRM – dən 14 gün ödənişsiz istifadə üçün qeydiyyatdan keçin. 


Sizə maraqlı ola bilər: Cubics CRM – Sözləşmələr