15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – Virtual anbar

Cubics CRM – də Virtual anbar şirkət məhsullarınızı bazaya əlavə etməyə, sözləşmələrə təklif kimi əlavə etməyə imkan verir.

Anbar bölməsinə daxil olmaq üçün ilk öncə Satış, daha sonra anbar altbölməsinə daxil olursunuz.

Anbarların siyahısı yerləşən Anbar səhifəsi açılır. + Yeni düyməsinə klik edərək yeni anbar əlavə edə bilərsiniz.

Bu zaman 4 altbaşlıq açılır: Anbar, Anbar ayarları, Əlaqədar şəxsDigər.

Cubics CRM - Virtual anbar

Anbar Altbaşlığında:



Ad bölməsinə anbarın adı daxil edilir.

Kod bölməsi ilə anbara müvafiq kod əlavə edə bilərsiniz.

Telefon nömrəsiÜnvan bölməsinə anbara aid telefon nömrəsi və ünvanı qeyd edilir.

Qeyd bölməsində isə anbarla əlaqəli istənilən qeydlər aparılır.

Cubics CRM - Virtual anbar

Anbar ayarları altbaşlığında:

Anbarın növü bölməsində növ qeyd edilə bilər. Yeni bir növ əlavə etmək üçün + düyməsinə klik edilir. Anbar növünün əlavəsi səhifəsində ad bölməsinə növün adı yazılır və əlavə et düyməsinə sıxaraq əlavə edirsiniz.

Cubics CRM - Virtual anbar

Anbarlar şirkət filiallarına bağlana bilər. Filial seç bölməsindən filial seçilir.

Bir anbar bir neçə filiala da bağlana bilər. Bunun üçün daha birini əlavə et düyməsinə sıxılır. Qırmızı x düyməsi ilə əlavə edilən filial silə bilərsiniz.

Əlavə edilmiş filialların solunda yerləşən oxa klik edə bilərik bu zaman filialın səhifəsi açılır. Buradan filialın istənilən bölməsini redaktə edə bilərik. Daha sonra saxla düyməsinə klik edərək dəyişiklikləri yadda saxlayırıq. Sil düyməsinə klik edərək isə filialı ümumiyyətlə silə bilərik.

Yeni filial əlavə etmək üçün + düyməsinə klik etdikdə yeni səhifə açılır.

Ad səhifəsində şirkətin filialının adı və kod bölməsində filialın kodu qeyd edilir.

Telefon nömrəsi ünvan bölməsində filialın nömrəsi və ünvanı yazıla bilər.

Qeyd bölməsində isə filialla əlaqəli istənilən qeydlər aparılır.

Filial ayarları bölməsində Hüquqi şəxs bölməsi yerləşir. Burada Filialla bağlı hüquqi şəxs qeyd edilir.

Hüquqi şəxs seçildikdən sonra solda yerləşən oxa klik edərək Hüquqi şəxsin səhifəsinə yönələ bilərsiniz. Bu zaman açılan səhifədən istənilən informasiya redaktə edilə və daha sonra saxla düyməsinə klik edərək yadda saxlaya bilərsiniz. Sil düyməsinə klik edərək isə hüquqi şəxsi ümumiyyətlə silə bilərik.

Cubics CRM - Virtual anbar

Filialın sistemdə işlək vəziyyətdə görünməsi üçün aktiv düyməsinə klik edilir. Əlavə edilən filial aktiv seçilməzsə, filial deaktiv olduğu üçün həmin filialı heç bir məhsula və ya anbara qoşmaq mümkün olmur.

Əlaqədar şəxs bölməsində filialla bağlı əlaqədar şəxsin adı, telefon nömrəsi, e – mail adresi və onun haqqında qeydlər əlavə edilir.

Digər bölməsində filialla əlaqəli sistemdən cavabdeh şəxs seçilir. Filialın hansı istifadəçi qrupu tərəfindən görülə bilməsi buradan kim görə bilər bölməsindən nizamlanır.

Əlavə et düyməsinə sıxılır və filial əlavə olunur.

Hüquqi şəxs bölməsinin yaradılması

Hüquqi şəxsin qeyd edilməsi üçün Ayarlar bölməsinin Satış ayarlarına daha sonra isə Hüquqi şəxs hissəsinə daxil olmaq lazımdır.

Yeni hüquqi şəxs bölməsinin əlavəsi üçün +Yeni düyməsinə sıxılır.

Şirkətin tam adı bölməsinə şirkətin adı qeyd edilir.

Direktor bölməsinə şirkətin direktorunun adı qeyd olunur.

Hüquqi forma bölməsində şirkətin təşkilati-hüquqi formasının növü Fiziki şəxs, MMC, ASC, İctimai birlik və ya Başqa olaraq qeyd edilir.

Verginin növü bölməsində hüquqi şəxsin vergi növü ƏDV, sadələşdirilmiş və ya Mənfəət olaraq seçilir.

Bank rekvizitləri bölməsində nağdsız hesablaşmalar zamanı istifadə olunacaq şirkətin bank rekvizitləri qeyd edilir. Bank adı, Hesablaşma hesabı, Müxbir hesab, KOD, SWIFT bölmələrinə müvafiq məlumatlar qeyd edilir.

Digər bölməsində şirkətlə əlaqədar sistemdəki cavabdeh şəxs seçilir.

hüquqi şəxsin hansı istifadəçi qrupu tərəfindən görülə bilməsi buradan kim görə bilər bölməsi qeyd edilir.

Daha sonra əlavə et düyməsinə sıxılır və hüquqi şəxs əlavə edilir.

Əlaqədar şəxs altbaşlığında:





Əlaqədar şəxs altbaşlığında ad bölməsinə anbarla bağlı əlaqəli şəxs qeyd olunur.

Telefon nömrəsi e – mail bölməsinə əlaqəli şəxsin məlumatları əlavə edilir.

Qeyd bölməsinə isə istənilən qeydlər əlavə edilə bilər.

Digər altbaşlığında:



Anbarla əlaqədar sistemdəki cavabdeh şəxs və anbarın hansı istifadəçi qrupu tərəfindən görülə bilməsi buradan kim görə bilər bölməsindən nizamlanır.

Əlavə et və davam et düyməsinə klik edildikdə Anbarın əlavəsi səhifəsi bağlanmır. Bu zaman ardıcıl olaraq artıq 2 – ci anbarı da əlavə edə bilərsiniz.

Əlavə et düyməsinə klik etdikdə isə qeydə alınan anbar əlavə edilir və həmin anbarın profili qarşımıza çıxır.

Giriş və çıxış səhifəsinə eyni zamanda anbarların siyahısından anbarın adına klik etdikdə də daxil ola bilərik.

Yeni anbarlar əlavə etdikdə Anbar bölməsində siyahı şəklində görünür. Burada ad, bağlı filiallar, kod, telefon nömrəsi, qeyd, faktiki ünvan, cavabdeh şəxs, kim görə bilər yaranma tarixi bölmələri üzrə anbarlarınız siyahılanır.

Qeyd: Başlığında qırmızı ulduz yerləşən bölmələrə məlumat qeyd etmək mütləqdir. Digər bölmələrə məlumat qeyd edilməsi zəruri deyil.


Virtual anbar haqqında izahlı videonu buradan izləyə bilərsiniz:

Cubics CRM – dən 14 gün ödənişsiz istifadə üçün qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Cubics CRM – Virtual ATS ilə inteqrasiya