15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – Veb formalar

Veb forma hər hansı veb səhifədə link şəklində yerləşdirilən anket formalarıdır ki, sizə hər hansı məlumat bazasını toplamağa və avtomatik olaraq CRM – ə daxil etməyə imkan verir.

Siz veb formanı bir link vasitəsi ilə paylaşa və yaxud veb saytınıza yerləşdirə bilərsiniz. Formada doldurulan məlumatlara uyğun olaraq Cubics CRM – də əlaqə, şirkətsözləşmə yaradılacaq

Məsələn, təşkil edəcəyiniz hər hansı bir tədbir zamanı tədbirə gələcək şəxslərin qeydiyyatı üçün bir veb forma hazırlaya bilərsiniz. Veb forma linkini hər hansı bir sosial media platformasında və ya öz saytınızda yerləşdirərək qeydiyyat apara bilərsiniz.

Satış qıfının yaradılması

Veb formaya daxil edilən məlumatların CRM – də yerləşməsi üçün uyğun satış qıfı (eng. Sales funnel) yaradılmalıdır.

Tutaq ki, yaradacağımız veb formanı hər hansı bir təlimdə iştirakçıların qeydiyyatı üçün yaradırıq. Gələcək şəxsləri əlavə etmək üçün Təlim qıfı yaradaq.

Bunun üçün AyarlarSatış ayarlarına daxil oluruq. Sağ tərəfdə qeyd olunan “+ Qıf əlavə et” düyməsinə klik edirik.

Qıfın adı bölməsində qıf adını daxil edirik. 

Sözləşmədə ehtimal seçmək imkanı bölməsində bəli seçərək siz hər sözləşməyə satışın ehtimal faizini təyin etmək imkanı yaradırsınız. 

Gəlir əlavə etmək imkanı bölməsində bəli seçərək siz sözləşmə uğurla bitirildikdə gəlir yaratmaq imkanı yaradırsınız. 

Əlavə et düyməsinə klik edirik və yeni qıf əlavə olunur. 

Mərhələ əlavə et – bu bölməyə klik edərək mərhələnin adını və mərhələnin ehtimalını daxil edərək əlavə et düyməsinə klik edirik və mərhələ əlavə olunur. 

Qıfı redaktə et düyməsinə klik etdikdə qarşımıza qıfın redaktə edilməsi səhifəsi  çıxır. 

Arxivlə bölməsinə klik etdikdə yeni sözləşmə yaradan zaman arxivlənmiş qıfa sözləşmə əlavə etmək mümkün olmur.

Qıfı sil düyməsinə klik edərək qıfı silə bilərsiniz. 

veb forma

Mənbənin əlavə edilməsi

Əlaqə mənbələri CRM – ə əlavə etdiyiniz əlaqələrin sizin şirkətə yönlənmə mənbəyini göstərir. Təlim zamanı qeydiyyatdan keçənləri bir Təlim və ya Veb forma olaraq qruplaşdırmaq üçün yeni mənbə əlavə edək.

Bunun üçün Ayarlar → Mənbələr bölməsinə daxil oluruq.

Sağdakı “+” işarəsinə klik edərək yeni mənbə əlavə edə bilərik. Açılan bölmədə Mənbəyin adını qeyd edib Əlavə et düyməsinə klik edirik.

Beləliklə yeni əlaqə mənbəyimiz əlavə olunur. Əlavə edilən mənbəyin qarşısındakı “Qələm” işarəsinə klik edərək mənbəyi redaktə edə“X” işarəsinə klik edərək mənbəyi silə bilərsiniz.

veb forma

Artıq veb formamızı əlaqələndirəcəyimiz satış qıfı əlaqə mənbəyimiz var. İndi veb forma əlavə edə bilərik.

Veb forma əlavə edilməsi

Veb formanın yaradılması üçün Ayarlar → Veb form bölməsinə daxil oluruq.

“+Əlavə et” düyməsinə klik edirik.

Açılan bölmədə Adı hissəsinə yaradacağınız veb formanın adını qeyd edirsiniz. Formadan qeydiyyatdan keçilən zaman yaranacaq sözləşmə də bu adda yaranacaq.

Cavabdeh şəxs bölməsində CRM – inizdən yaradılacaq sözləşməyə, əlaqəyə (şirkətə) cavabdeh şəxs seçirsiniz.

Qıf bölməsində yaratdığınız qıfı seçirsiniz. Əlavə olunan sözləşmə və mərhələlər bu qıfa aid olacaq.

Mərhələ bölməsi veb formadan qeydiyyatdan keçən zaman yaradılan sözləşmənin hansı mərhələdə qeydiyyata alındığını bildirir.

Ön şəkilçi bölməsinə istənilən qeyd yaza bilərsiniz. Veb formadan qeydiyyatdan keçiləndə yarancaq sözləşmə haqqında sizə bildiriş gələn zaman Məsələn – “Adı” adlı veb forma vasitəsilə yeni “ön şəkilçi” “Adı” sözləşməsi yaradıldı. şəklində bildiriş alacaqsınız.

Dil bölməsi istifadəçi tərəfindən görünən veb formanın dilidir. Məsləhətdir ki, veb formanı yaradan zaman əlavə etdiyiniz məlumatları seçəcəyiniz dilə müvafiq olaraq seçəsiniz. Bu zaman veb formanız da vahid dildə olacaqdır.

veb forma
Məzənnə yaradılan sözləşmənin məzənnəsidir.

Mənbə yaradılacaq əlaqələrin mənbəsidir ki, seçiminizə əsasən bu mənbəyə aid ediləcəkdir.

Bildiriş göndəriləcək istifadəçi veb formadan qeydiyyatdan keçilən bildiriş göndəriləcək istifadəçidir. Bu şirkətin satış meneceri, reklam meneceri və s. ola bilər.

Kim görə bilər bölməsində yaradılacaq sözləşmənin hansı istifadəçi qrupu tərəfindən görülə bilməsi seçilir.

Ümumi məbləğ bölməsinə yaradılacaq sözləşməyə məbləğ əlavə edilməsi üçündür.

Gözlənilən bitmə tarixi yaradılmış sözləşmənin təxmini bitmə tarixi qeyd edilir.

Sözləşmənin teqi bölməsinə veb forma və ya tədbir tipli sözlərlə teq əlavə edə bilərsiniz. Teq sizə daha sonra axtarış edən zaman rahatlıq yaradacaq. Teqlə axtarış edərək veb forma vasitəsilə yaradılan sözləşmələrinizi filter edə bilərsiniz.

Əlaqənin kateqoriyasıŞirkətin kateqoriyası bölmələri yaranacaq əlaqə və şirkətlər qeyd edəcəyiniz müvafiq bölmələr üzrə kateqoriyalaşacaq.

Giriş mesajı veb forma səhifəsinin başlığında görünəcək mətndir.

Formun təyinatı bölməsində Əlaqə Şirkət seçimləri vardır. Bu bölmə sizə CRM – inizə form vasitəsilə şirkətləri yoxsa bir başa müştəriləri cəlb etdiyinizin seçimidir.

Təyinatın adı bölməsində əgər müştəri üçün qeydiyyat aparırıqsa ad, soyad sahəsi olacağı üçün “Ad, Soyad” kimi yaza bilərik. Əgər şirkət kimi seçim etsək bu zaman ad yazılacaq sahəyə “Şirkətin adı” kimi yaza bilərik.

“+ Yeni bölmə əlavə et” bölməsi sizə veb formanızda almaq istədiyiniz məlumatlar üçün qeydə alacağınız anket forması olacaq. Aşağıdakı bölmələr üzrə yaradıla bilər:

  • Əlaqə
  • Şirkət
  • Sözləşmə
  • Ad
  • Mobil
  • E-mail
  • Qeyd (yazı sahəsi)

Vacibdir bölməsi aktiv edilərək hər bir seçimin vacibliyini tələb edə bilərsiniz. Bu zaman qeydiyyat həmin yazı sahəsi doldurulmadan qeydiyyat tamamlana bilmir.

Hər bölmənin sağ üst küncündəki “-” işarəsi həmin bölməni silməyə kömək edir.

Təsdiq mətni bölməsi veb form doldurulduqda və təsdiqlə düyməsinə klik olunduqda uğurla qeydiyyata alınan zaman ekrana çıxacaq mətndir.

Əlavə et düyməsinə klik edirsiniz və veb formanız Ayarlar → Veb form səhifəsində qeydə alınır.

Ayarlar → Veb form bölməsinə keçid aldıqda burada veb formanızı görə bilərsiniz.

Veb formunuzun sağ tərəfindəki 1 – ci simvola klik etdikdə 3 bölmə görünür.

Link yaratmış olduğunuz veb formanın linkdir. Siz bu linki sosial şəbəkələrdə və ya hər hansı platformada paylaşa bilərsiniz.

Saytınıza yerləşdirmək üçün link saytınızda qeyd edə bilməyiniz üçün koddur.

QR kod isə veb fromanıza ağıllı telefon və ya planşetlərin QR kod oxuyucusu vasitəsilə bir başa keçid üçün nəzərdə tutulmuşdur. Bu QR kod ictimai yerlərdə, reklam lövhələrində, kiçik kağız flayerlərdə və s. yerləşdirə bilərsiniz.

klik etdikdə deaktiv et, sıfırla, sil qarşınıza çıxır.

  • Təlim və ya tədbirə qeydiyyatı bitirmək məqsədlə link və QR kodları deaktiv edə bilərsiniz.
  • Sıfırla ilə Veb forma baxış və qeydiyyatdan keçənlərin sayını sıfırlaya bilərsiniz.
  • Sil ilə isə veb formanı ümumiyyətlə silə bilərsiniz.

3 – cü qələm işarəsinə klik edərək veb formanı redaktə edə bilərsiniz.

Qeyd: Sağ tərəfində qırmızı rəngli * işarəsi olan bölmələr doldurulması mütləq olan bölmələrdir.

Cubics CRM – dən 14 gün ödənişsiz istifadə üçün qeydiyyatdan keçin. 

Buradan veb formanın video izahını izləyə bilərsiniz:

Sizə maraqlı ola bilər: Cubics CRM – Hadisə jurnalı