15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – Tapşırıqlar

Cubics CRM – də tapşırıqlar bölməsində hər hansı şirkət, əlaqə və ya sözləşmə ilə bağlı şirkət əməkdaşlarının bir – birlərinə və yaxud özünə qeyd etdiyi tapşırıqlar qeyd olunur. 

Yeni tapşırığın əlavə edilməsi

+ Yeni düyməsinə sıxaraq yeni tapşırıq əlavə edək.

 Təyinat bölməsində tapşırığın əlaqə, şirkət və yaxud sözləşmədən hansı ilə bağlı olduğu qeyd olunur. 

 Əlaqənin adı bölməsi təyinat bölməsi ilə əlaqəlidir. Təyinat bölməsində əlaqəni seçsəniz əlaqənin adını, şirkəti seçsəniz şirkətin adını və yaxud sözləşməni seçsəniz sözləşmənin adını yazmağınız tələb olunur.

Aşağı hissədə tapşırığın növü qeyd olunur. Tapşırığın məsələ, zəng, görüş, email, təcili, işgüzar nahar və digər kimi növləri var.

Cubics CRM - tapşırıqlar
 Əlaqənin adı > tapşırığın növü

Təkrarlanan tapşırıqlar

Təkrarlanan tapşırıq seçimini aktiv edərək günlük, həftəlik, aylıq, illik olaraq avtomatik təkrarlanan tapşırıqlar qeydə ala bilərsiniz. Hər bir seçimi etdikdə aşağı hissəsində ona uyğun bölmələr göstərilir.




Gün seçdikdə hər gün seçilən saatda tapşırıqla xəbərdarlıq alırsınız.




Həftə seçdikdə həftənin istənilən günü və ya günləri açılmış bölmədən seçilir. 




Ay seçdikdə açılan gün bölməsindən təkrarlanma günü seçilir.




İl seçdikdə isə açılan aygün bölmələrindən müvafiq ay və gün seçilir.


Saatı bölməsində tapşırığın saat neçədə başladığı qeyd olunur.  

Müddəti bölməsindətapşırığa sərf edəcəyiniz vaxt qeyd olunur.

Bitmə tarixi bölməsində tapşırığın təxmini nə vaxt bitəcəyi qeyd olunur.


Təkrarlanan tapşırıq bölməsi deaktiv edildikdə aşağıdakı bölmələr açılır:


Başlama tarixi bölməsində tapşırığın başlayacağı tarix qeyd olunur.

Saatı bölməsində tapşırığın saat neçədə başladığı qeyd olunur.  

 Müddəti bölməsində tapşırığa sərf edəcəyiniz vaxt qeyd olunur.

Cubics CRM - tapşırıqlar

Tapşırığın başlama saatı interaktiv şəkildə də seçilə bilər.

Mətn > Teq > Yüklənilmiş fayllar > Fayl yüklə > Cavabdeh şəxs > Bitmiş kimi qeyd et > İmtina/ Əlavə et/ Əlavə et və davam et
  • Mətn bölməsində tapşırıqla bağlı qeydləri yaza bilərsiniz. Məsələn, nə etməli olduğunuz barədə ətraflı məlumatı burada qeyd edə bilərsiniz. 
  • Teq əlavə et bölməsində tapşırıqla əlaqəli istədiyiniz teqlər, yəni, açar sözlər yaza bilərsiniz. Bu sizə gələcəkdə həmin açar sözlərdən istifadə edərək tapşırıqları asanlıqla tapmağa icazə verir. Bir neçə teq əlavə edən zaman teqlər enter klik edilərək bir – birindən ayrılır.
  • Bu bölmədə yüklənmiş fayllar qeyd olunur. 
  • Fayl yüklə sözünə sıxaraq istədiyiniz faylı tapşırığınıza əlavə edə bilərsiniz. 
  • Cavabdeh şəxs bölməsində tapşırıqla əlaqəli cavabdeh olan şəxsin adı seçilir. Bu zaman tapşırıq edilməli olduqda cavabdehə bu haqda bildiriş göndərilir.
  • Başlama vaxtından əvvəl xatırlat bölməsində tapşırığın edilməli olduğu saatdan nə qədər əvvəl xatırlatma göndərilə və ya xatırlatma yoxdur seçilərək xatırlatma göndərilməsi ləğv edilə bilər.
  • Bitmiş kimi qeyd düyməsinə sıxdıqda  tapşırıq bitirilmiş hesab olunur. 
  • İmtina düyməsinə sıxaraq tapşırığın əlavə olunmasını ləğv edə bilərsiniz. 
  • Əlavə et düyməsinə sıxaraq tapşırığı əlavə edə bilərsiniz. 
  • Əlavə et və davam et düyməsinə sıxaraq tapşırığı əlavə edib, növbəti tapşırığı əlavə edə bilərsiniz.

Cubics CRM – də tapşırıqların çeşidləndirilməsi və axtarış

Tapşırıqlara iki şəkildə nəzər yetirmək olar – Siyahı təqvim şəklində.

Cubics CRM - tapşırıqlar
Cubics CRM - tapşırıqlar




Siyahı şəklində tapşırıqlara baxdıqda görürük ki, tapşırıq haqqında bütün məlumatlar siyahı halında göstərilib. Əməliyyatlar sütununda siz tapşırığı bitirilmiş və ya bitirilməmiş kimi qeyd edə, onu redaktə edə, həmçinin, onun silə də bilərsiniz.

Təqvim səhifəsində tapşırıqlarınız təqvim üzrə göstərilir. Gün, həftə və ay seçərək uyğun şəkildə günə, həftəyə və aya görə tapşırıqlarınıza baxa bilərsiniz. 

Axtar bölməsində siz istədiyiniz parametr üzrə axtarış edə bilərsiniz. Axtarış parametrləri:

  • Əlaqə
  • Şirkət
  • Sözləşmənin adı
  • Tapşırığın növü
  • Status
  • Tapşırığın adı
  • Bitmə tarixi
  • Vaxtı keçmiş tapşırıqlar
  • Teq
  • Cavabdeh şəxs

       Axtar düyməsinə sıxdıqda seçdiyiniz parametrlər üzrə axtarışın nəticələri    qarşınıza çıxır. 

       Sıfırla düyməsini sıxaraq axtarış parametrlərinin sıfırlamış olursunuz. 

Cubics CRM - tapşırıqlar

Ayarlar bölməsində siz həm istəmədiyiniz parametrlərin görünməməsi, həmçinin, onların siyahıda yerini dəyişməsi əməliyyatlarını icra edə bilərsiniz. İstəmədiyiniz parametrlərin görsənməməsini təmin etmək üçün həmin parametrin önündəki buttona sıxırıq, beləliklə, səhifə yenilənir və həmin parametr olan sütun görsənmir. Siyahıda parametrlərin sütunlarının yerinin dəyişməsi üçün isə, ayarlarda həmin parametrin üzərinə sıxaraq onu istədiyimiz yerə sürüşdürük. 

Həmçinin siyahıda sütunların ölçülərini də dəyişə bilərik. Bunun üçün sütunlararası xətlərdən sıxaraq onarı kiçildə və ya böyüdə bilərik.

Səhifənin aşağı sol hissəsində səhifədə sətirlərin sayını 10, 25 50 kimi seçə bilərsiniz.

Cubics CRM – dən 14 gün istifadə üçün qeydiyyat: https://cubics.pro/register

Sizə maraqlı ola bilər: Cubics CRM – Sözləşmələr