15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – Sözləşmələr

Sözləşmələr müştəri ilə şirkət arasında gedən satış prosesinə verilən bir addır. Satış prosesinə atılan ilk addımdan tutmuş satışın baş tutduğu ana kimi bütün proseslər sözləşmələrdə yer alır.

Yeni sözləşmənin əlavə edilməsi

Sözləşmələr bölməsinə daxil olmaq üçün əvvəlcə Satış bölməsinə daha sonra sözləşmələr bölməsinə daxil oluruq. Əlavə et düyməsini sıxaq və yeni sözləşmə əlavə edək. 

Yeni sözləşmə

Yeni sözləşmələr əlavə edilən zaman səhifədə 3 altbaşlıq görünür:

  • Əsas məlumat
  • Müştəri
  • Digər

Əsas məlumat altbaşlığında:

Əsas məlumat altbaşlığı



Sözləşmənin adı bölməsində sözləşmənin adı qeyd olunur.

Gözlənilən bitmə tarixi bölməsində sözləşmənin hansı vaxtda bitəcəyi qeyd olunur. 

Mənbəyi seç bölməsində şirkət haqqında məlumatın haradan öyrənildiyi qeyd olunur. 

Qıf və mərhələlər bölməsində  qıflar və onların  daxilində  mərhələlər yerləşir. İlkin əlaqə düyməsinə sıxaraq ilkin əlaqə, qərar qəbul edilir, danışıqlar  və razılaşma mərhələlərindən birini seçə bilərsiniz. (Qıf və mərhələlərin əlavə edilməsi məqalənin “Yeni qıfın əlavə edilməsi” bölməsində qeyd olunmuşdur).

Sözləşmənin ehtimalı bölməsi hər sözləşməyə ehtimal faizini təyin etmək imkanı yaradır. Bu bölmə qıf yaradılarkən aktiv edildikdə səhifədə görünür.

Ümumi məbləğ bölməsində sözləşmənin büdcəsi qeyd olunur. Yeni qıf əlavə edilən zaman aktiv edildikdə görünür.

Təklif yaradılsın bölməsi aktiv edildikdə, təklif bölməsi açılır. Burada təklifin nömrəsi, məzənnə, başlama və etibarlılıq tarixi, anbar və filial, məhsul, qeyd bölmələri açılır. Hər bir bölmə müvafiq olaraq doldurulur. Məhsul anbardan seçilərkən ətraflı axtarış bölməsi ilə axtara bilərsiniz. Ətraflı axtarış bölməsində məhsulun anbarda doldurduğunuz bütün bölmələrinə əsasən axtarış edilə bilər.

Ətraflı axtarış

Müştəri altbaşlığında:

Sözləşmələr




Əlaqənin adı dedikdə sözləşmə qurduğunuz şirkətdə sözləşməylə bağlı əlaqə qurduğunuz şəxs nəzərdə tutulur.

Uyğun şirkətin adı dedikdə sözləşmə əlavə etdiyiniz şirkətin adı nəzərdə tutulur.

Vöen bölməsinə şirkətin vöen kodu əlavə oluna bilər.

Əgər CRM – inizdəki əlaqə ilə bağlı bütün məlumatlar tamdırsa əlaqə seçildiyi halda digər xanalar avtomatik dolur.

Əgər qeyd etmək istədiyiniz şəxs əlaqələr siyahısında yoxdursa, o zaman “+”  düyməsinə sıxaraq yeni əlaqə də yarada bilərsiniz.

Əlaqənin adı və soyadı bölməsində əlavə olunacaq əlaqənin adı və soyadı yazılır.

Vəzifəsi bölməsində əlaqənin vəzifəsi qeyd olunur.

TəvəllüdCins bölmələrində müvafiq əlaqənin təvəllüdü və cinsi qeyd edilə bilər.

Telefon nömrəsi bölməsində əlaqənin nömrəsini yazırıq. İş düyməsinə sıxaraq nömrəni , şəxsi, mobil, şəhər, daxili və ya digər deyə qeyd edə bilərik. Daha birini əlavə et düyməsinə sıxaraq istədiyiniz qədər  nömrə əlavə edə bilərsiniz.

Email ünvanı bölməsində əlaqənin email ünvanı qeyd olunur. Burada şəxsi düyməsinə sıxaraq email ünvanını  şəxsi, şirkət və ya digər deyə qeyd edərək emaili yaza bilərik. Daha birini əlavə et düyməsinə sıxaraq istədiyiniz qədər  email əlavə edə bilərsiniz. 

Sosial şəbəkə profili bölməsində əvvəlcə sosial şəbəkə düyməsinə sıxaraq profilin hansı sosial şəbəkəyə aid olduğunu, sonra isə profilin adını qeyd edirik. Daha birini əlavə et düyməsinə sıxaraq istədiyiniz qədər sosial şəbəkə profili əlavə edə bilərsiniz.

Vebsayt bölümündə əlaqənin vebsayt linki qeyd olunur. 

Yeni əlaqə

Əlaqə haqqında daha ətraflı məlumat yazmaq istəyirsinizsə, bu zaman daha çox düyməsinə sıxaraq digər məlumatları da qeyd edə bilərsiniz.

Mənbəyi seç bölməsində əlaqə haqqında məlumatın haradan öyrənildiyi qeyd olunur.

Kateqoriya seç bölməsində əlaqənin bizimlə hansı mövqedə olduğu qeyd olunur. Kateqoriya bölməsində  podratçı, tərəfdaş, rəqib və təchizatçı variantları yerləşir. Siz buraya əlavə et düyməsini sıxaraq istədiyiniz kateqoriyanı əlavə edə bilərsiniz. 

Cavabdeh şəxs  bölməsində həmin əlaqə ilə bağlı məsələlərdə cavabdeh olan kadrın adını qeyd etməlisiniz. Daha sonra həmin əlaqə şirkətlə əlaqə saxladıqda zənglər avtomatik olaraq cavabdeh olan kadra yönələcək.

Teq açar sözlərdir. Bura istədiyiniz qədər teq əlavə edə bilərsiniz. Siz əlaqələrinizə müəyyən parametrlərinə görə teq qeyd edərək, onları həmin teqlər üzrə axtarışa verib asanlıqla məlumatları əldə edə bilərsiniz.

Kim görə bilər bölməsində əlavə edəcəyiniz əlaqənin hansı istifadəçi qrup tərəfindən görüləcəyini qeyd edirsiniz. 

Sonda əlavə et düyməsinə klik edilir və əlaqə əlavə olunur.

Siz burada əlavə et düyməsinə sıxaraq yeni şirkət də yarada bilərsiniz.  

Əvvəlcə şirkətin adını qeyd edirsiniz.

Vöen bölməsinə şirkətin vöen kodu əlavə oluna bilər.

Telefon nömrəsi bölməsində şirkətin nömrəsini yazırıq. İş düyməsinə sıxaraq nömrəni , şəxsi, mobil, şəhər, daxili və ya digər deyə qeyd edə bilərik. Daha birini əlavə et düyməsinə sıxaraq istədiyiniz qədər  nömrə əlavə edə bilərsiniz.

Email ünvanı bölməsində şirkətin email ünvanı qeyd olunur. Burada şəxsi düyməsinə sıxaraq email ünvanını şəxsi, şirkət və ya digər seçə bilərik. Daha birini əlavə et düyməsinə sıxaraq istədiyiniz qədər email əlavə edə bilərsiniz.

Sosial şəbəkə profili bölməsində əvvəlcə sosial şəbəkə düyməsinə sıxaraq profilin hansı sosial şəbəkəyə aid olduğunu, sonra isə profilin adını qeyd edirik. Daha birini əlavə et düyməsinə sıxaraq istədiyiniz qədər sosial şəbəkə profili əlavə edə bilərsiniz.

Vebsayt bölümündə şirkətin vebsayt linki qeyd olunur. 

Yeni şirkət

Şirkət haqqında daha ətraflı məlumat yazmaq üçün digər düyməsinə sıxaraq digər məlumatları da qeyd edə bilərsiniz.

Mənbəyi seç bölməsində şirkət haqqında məlumatın haradan öyrənildiyi qeyd olunur.

Kateqoriya seç bölməsində şirkətin bizimlə hansı mövqedə olduğu qeyd olunur. Kateqoriya bölməsində  podratçı, tərəfdaş, rəqibtəchizatçı və s. variantları seçilir. Siz buraya əlavə et düyməsini sıxaraq istədiyiniz kateqoriyanı əlavə edə bilərsiniz. 

Cavabdeh şəxs  bölməsində həmin şirkət ilə bağlı məsələlərdə cavabdeh olan kadrın adını qeyd etməlisiniz. 

Şirkətlərə müəyyən parametrlərinə görə teq qeyd edərək, onları həmin teqlər üzrə axtarış edib asanlıqla tapa bilərsiniz.

Kim görə bilər bölməsində əlavə edəcəyiniz şirkətin hansı istifadəçi qrup tərəfindən görüləcəyini qeyd edirsiniz, əlavə et düyməsinə sıxırsınız və şirkət əlavə olunur.

Digər altbaşlığında:

Kim görə bilər bölməsində əlavə edəcəyiniz sözləşmənin hansı istifadəçi qrup tərəfindən görüləcəyini qeyd edirsiniz. Siz burada əlavə et düyməsinə sıxaraq yeni istifadəçi qrupu yarada bilərsiniz. Qrupun adını yazdıqdan sonra əlavə et düyməsinə sıxırsınız və istifadəçi qrup siyahıya əlavə olunur.

Siz sözləşmələrinizə müəyyən parametrlərinə görə teq qeyd edərək, onları həmin teqlər üzrə axtarış edib asanlıqla məlumatları əldə edə bilərsiniz.

Cavabdeh şəxs  bölməsində sözləşmə ilə bağlı məsələlərdə cavabdeh olan kadrın adını qeyd etməlisiniz.

Qeyd: Sözləşmənin əlavə olunmasında sözləşmənin adı kifayət edir. Digər səhifələri doldurmaq məcburiyyətində deyilsiniz. Ancaq bu məlumatları yazmaq gələcəkdə sizin üçün faydalı olacaq. Sağ üst tərəfində qırmızı ulduz qeyd olunan bölmələrin doldurulmağı mütləqdir, əks təqdirdə, əlavə etmə prosedurunun sonunda xəta baş verəcək.

Sözləşmələr əlavə et
Əlavə et
Sözləşmələr əlavə et və davam et
Əlavə et və davam et
Sözləşmələr əlavə et və uğurla bitir
Əlavə et və uğurla bitir

Əlavə et düyməsinə sıxırsınız və sözləşməniz əlavə olunur. Bu zaman əlavə edilən sözləşmənin səhifəsinə yönləndirilirsiniz.

Əlavə et və davam et düyməsinə sıxaraq sözləşmənizi əlavə edirsiniz. Bu zaman yeni sözləşmənin əlavə edilməsi üçün səhifə açılır. Əlavə et və davam et daha çox ard – arda sözləşmələr əlavə edilən zaman daha sürətli işi təmin edir.

Əlavə et və uğurla bitir seçdikdə əlavə olunan sözləşmələr artıq uğurlu kimi bitir. Sözləşmənin uğurla bitməsi şirkətin gəlir əldə etməsi mənasına gəldiyindən sözləşmələr uğurla bitdikdə avtomatik olaraq gəlirin əlavə edilməsi pəncərəsi açılır. Siz buradan uyğun sözləşməni gəlir olaraq da qeydə ala bilərsiniz.

Şablon axtarış

Şablon axtarış bölməsi hər hansı axtarış forması daim istifadə edilən zaman və müəyyən şablonla özünüzə lazım olan sözləşmələri rahatlıqla tapmaq üçün sizə asanlıq yaradan bir bölmədir.

Bölməyə daxil olduqda “+” simvolu ilə yeni şablon yarat bölməsinə klik etdikdə qarşımıza yeni şablon yarat səhifəsi açılır. İlk öncə şablonun adı bölməsinə yaradacağınız şablona ad verirsiniz.

Daha sonra kim görə bilər bölməsindən uyğun istifadəçi qrupunu seçirsiniz. Hər hansı bir seçim edilmədikdə hər kəs olaraq qalır və axtarış şablonunuz hər kəs tərəfindən görünən olur.

Bu şərtlərin hamısına uyğun (and) “+” Daha birini əlavə et – ə klik edərək və bir neçə şərt seçərək qeyd etdiyiniz xüsusiyyətlərin hər birinə uyğun sözləşmələr ekrana çıxarılır.

Bu şərtlərdən hər hansı birinə uyğun (or) “+” Daha birini əlavə et – ə klik edərək isə qeyd edilən şərtlərə ardıcıllıqla birinə uyğun olmadıqda digərlərinə uyğun sözləşmələri ekrana çıxara bilərsiniz.

Lazım olan şərtlər qeyd edildikdən sonra əlavə et buttonunu seçərək əlavə edirsiniz. Daha sonra əlavə edilmiş şablonla axtarış edə, onu redaktə edə və ya silə bilərsiniz.


Sözləşmələr

Sözləşmələr səhifəsinə 2 formada baxa bilərsiniz:

  1. Siyahı
  2. Qıf

Siyahı bölümündə sözləşmələr siyahı ilə göstərilir:

  • Seç
  • Əlaqələr
  • Əlaqənin nömrəsi
  • Şirkət
  • VÖEN
  • Şirkətin nömrəsi
  • Büdcəsi
  • Mərhələsi
  • Sözləşmənin adı
  • Cavabdeh şəxs
  • Teq
  • Təxmini bitmə tarixi
  • Statusu
  • Kim görə bilər
  • Uğursuzluq səbəbi
  • Əlavə olunma tarixi
  • Bitirilmə tarixi
  • Uğursuzluğun təfərrütı
  • Mənbə
  • Borc
  • Ödənilən məbləğ



Siyahıdan istənilən sözləşmənin səhifəsinə daxil olaraq sözləşmə haqqında məlumatları redaktə edə və nəzər yetirə bilərsiniz.

Səhifənin sol yuxarı hissəsində sözləşmənin adını məbləğini, ona uyğun əlaqənin və şirkətin adını redaktə edə bilərsiniz.

“Digər məlumatlar” bölməsində sözləşmə haqqında qeyd olunan əlavə məlumatlar göstərilir. Siz “redaktə” düyməsinə sıxaraq bu məlumatları dəyişdirə bilərsiniz. Məlumatları redaktə etdikdən sonra “Yadda saxla” düyməsinə sıxın. Əks halda məlumatlarıniz redaktə olunmayacaq. 

Həmçinin, burada sözləşmənin yaradılma tarixi, müddəti və sözləşməyə abunə olan kadrların adları qeyd olunur. 

Sözləşmələr və satış qıfı
Sözləşmələr



Sözləşməni digər bir mərhələyə keçirmək üçün, həmin mərhələnin üzərinə klikləmək kifayətdir.

Qıf və mərhələlər bölməsində qıflar və onların mərhələləri göstərilir. Siz buradan sözləşmənin qıfını, həmçinin mərhələsini dəyişə bilərsiniz. 

Sözləşmənin ehtimalı bölməsində sözləşmənin təxmini alınma ehtimalını qeyd edə və redaktə edə bilərsiniz. 

Gözlənilən bitmə tarixi bölməsində isə sözləşmənin təxminən nəvaxt bitəcəyi qeyd olunur. 



Qeyd bölməsində sözləşməylə bağlı qeydlərinizi yaza biləsiniz. Daha ətraflı – Qeydlər”

Tapşırıq bölməsində sözləşmə ilə bağlı özünüzə və yaxud digər işçilərə tapşırıq əlavə edə bilərsiniz. Daha ətraflı – “Tapşırıqlar”

Email və SMS bölmələri konfiqurasiya olunduğu halda buradan müvafiq əlaqəyə Email və SMS göndərə bilərsiniz. Daha ətraflı – “E-mail və SMS”

“Yeni təklif” bölməsində sözləşməyə yeni təklif əlavə edə bilərsiniz.

“Yeni xərc” bölməsində sözləşməyə yeni xərc əlavə edə bilərsiniz. Daha ətraflı – “Yeni xərc”

“Yeni ödəniş” bölməsində sözləşməyə yeni ödəniş əlavə edə bilərsiniz.

Sözləşmələr

Qeydlər bölməsində sözləşmə ilə bağlı əlavə olunan qeydlər, onların nəvaxt əlavə olunması, məzmunu və fayllar göstərilir. Siz bu qeydlər redaktə edə və yaxud silə bilərsiniz. 

Tapşırıqlar bölməsində  sözləşmə ilə bağlı əlavə olunmmuş tapşırıqlar yer alır. Burada tapşırığın növü, bitmə vaxtı, tapşırıq üçün ayrılan vaxt, onun yaradılma tarixi, məzmunu və fayllar qeyd olunur. Siz buradan tapşırığı bitirə, yenidən aça və yaxud onu redaktə edə və silə bilərsiniz. 

E – mail bölməsində göndərilən e – maillər və onlar haqqında detallar yerləşir.

SMS bölməsində göndərilən smslər yerləşir. Burada sms göndərilən nömrə, smsin göndərilib göndərilməməsi və göndərilmə tarixi qeyd olunur. 

Çağrı mərkəzi bölməsində sözləşməyə bağlı əlaqə ilə baş tutan zənglər qeydə alınır.

Fayllar bölməsində sözləşmə ilə bağlı əlavə olunmuş bütün fayllar yerləşir. 

Jurnal bölməsində sözləşmə ilə bağlı edilən bütün redaktə əməliyyatları qeyd olunur. 

Təkliflər bölməsində sözləşmənin bağlı olduğu təklifər, onların məbləği, seçilmiş məhsul və xidmətlər, onların sayı, satış qiyməti və ümumi məbləği qeyd olunur. 

Xərclər bölümündə sözləşmə ilə bağlı əlavə edilmiş bütün xərclər görünür.

Ödənişlər bölümündə sözləşmə ilə bağlı əlavə edilmiş bütün ödənişər görünür.



Əgər siz bitmiş bir sözləşmə üzərində əməliyyat aparmaq istəyirsinizsə, bu zaman “Yenidən aç” düyməsinə sıxaraq sözləşmənin yenidən açılmasını qeyd etməlisiniz. 

Sözləşmələr üzrə satış prosesi baş tutduqda bu zaman “Uğurla” sözünə sıxaraq sözləşməni uğurlu bitiririk. Əks halda isə, “Uğursuz” düyməsinə sıxaraq sözləşmə uğursuz bitirilir. 

PDF yarat bölməsi haqqında “İnvoys modulu” məqaləsində ətraflı məlumat qeyd edilib.

Həmçinin, bu hissədən siz yeni təklif əlavə edə bilər, sözləşməyə abunə ola və yaxud abunəlikdən çıxa bilərsiniz və ya “Sil” düyməsinə sıxaraq sözləşməni silə də bilərsiniz. 

İxrac et, sil, axtar və ayarlar bölmələri

İxrac et düyməsi vasitəsilə siz istənilən məlumatı ixrac edə bilərsiniz. İxracın üç format növü var  – CSV, JSON və Excel. Siz burada ixrac etmək istəmədiyiniz bölmələrin qarşısına klik edərək onun ixrac olunmasını ləğv edirsiniz. İxrac etmə prosesi 500 sətir olaraq edilir. Məsələn, əgər sizin CRM – inizdə 1000 sözləşmə varsa, ilk öncə 1 – 500 aralığını seçib ixrac edir, daha sonra 500 – 1000 seçib ixrac edirsiniz.

Sözləşmələr
İxrac et

Sil buttonu vasitəsilə istənilən sözləşmələri tək – tək və ya hamısını seç buttonu vasitəsilə toplu silə bilərsiniz.

Sözləşmələr

Axtar düyməsinə sıxaraq siz istədiyiniz parametr üzrə lazım olan məlumatları asanlıqla tapa bilərsiniz. Siz burada sözləşmənin adı, şirkətin adı, əlaqənin adı, VÖEN, ümumi məbləğ (aralıqla) sözləşmənin statusu, tapşırıq statusu, qıf, mərhələ, məhsulun adı və ya ştrix kodu, əlavə olunma, gözlənilən bitmə və bitmə tarixi(aralıqla), kim görə bilər, teq, cavabdeh şəxs, mənbəyi və sözləşmənin ehtimalı(aralıqla) parametrləri ilə axtarış edə bilərsiniz.

Ayarlar bölməsində bütün sütunların adı yerləşir. Siz siyahıda hansısa sütunun görünməsini istəmədikdə qarşısındakı buttona sıxmağınız kifayətdir. Həmçinin, sütun adlarını istədiyiniz yerə sürüşdürərək siyahıda onların ardıcıllığını nizamlaya bilərsiniz.

Səhifənin aşağı sol hissəsində səhifədə sətirlərin sayını 10, 25 və 50 kimi göstərə bilərsiniz. Sağ alt hissədəki 1 və sonuncu oxlarla siz sözləşmələri 1 – ci və ən sonuncu səhifəsinə gedə və digər oxlarla səhifələr arasında keçid edə bilərsiniz.

Cubics CRM – dən 14 gün istifadə ödənişsizdir. Qeydiyyat: https://cubics.pro/register

Sizə maraqlı ola bilər: Cubics CRM – Wazzup24 ilə inteqrasiya