15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM sisteminin yeni versiyası

Cubics CRM sisteminin yenilənmiş versiyasını Cubics Technology şirkəti olaraq sizə təqdim edirik. Yenilənmiş versiyada artıq anbar sistemi müştərilərin istifadəsinə verilmişdir. Bundan əlavə yeni versiyada müxtəlif parametrlər üzrə təhlilləri daha dolğun şəkildə filtr etmək mümkündür.

Yeniliklər haqqında ətraflı məlumat aşağıda qeyd olunmuşdur.

Cubics CRM – Əsas səhifə

Daha dolğun məlumat və statistika ilə əhatə olunmuş Əsas səhifədə həm şəxsi və həm də şirkət göstəricilərinizə nəzər sala bilərsiniz.

İstifadəçi üzrə – Bu səhifədə kadrın şəxsi göstəriciləri qeyd olunur.

  • Vaxt intervalı üzrə bitirilmiş (uğurlu, uğursuz) sözləşmələrinizin sayı və uğurla bitmiş sözləşmələrinizin məbləği qeyd olunub;
  • Vaxt intervalı üzrə açıq, uğurlu və uğursuz sözləşmələrinizin sayı, ümumi məbləğləri və statistikaları;
  • Tapşırığı olmayan sözləşmələrinizin sayı və ümumi məbləği;
  • Bütün açıq sözləşmələrinizin sayı və ümumi məbləği;
Təhlil
Təhlil
  • Növbəti aylarda təxmin olunan satışlarınızın büdcəsi üzrə təhlil;
  • Açıq sözləşmələrin satış qıfları üzrə nəticələrinin təhlili;
  • Əlaqə, şirkət, sözləşmə və ya digər ünvanlara göndərdiyiniz SMS və emaillər, gedən, qəbul edilən zənglər və əlavə etdiyiniz qeydlərin sayı;
Təhlil
Təhlil
  • Cavabdeh olduğunuz sözləşmələrin, əlaqələrin və şirkətlərin əlaqə mənbələrinin statistikası;
Mənbə
Mənbə

Sözləşmələrin mənbəsi yeni bölmədir. Siz artıq sözləşmələrinizə də mənbə əlavə edə bilə və onun təhlilini apara biləcəksiniz.

  • Əlavə olunmuş, bitirilmiş və gec bitirilmiş tapşırıqlarınizin növlərinə görə statistikası;

Şirkət üzrə göstəricilərdə bütün kadrların göstəriciləri yuxarıdakı ardıcıllıqla təkrarlanır.

Cubics CRM-də Çağrı mərkəzi

Artıq əlavə cihazlara ehtiyac olmadan Cubics CRM üzərindən bir kliklə müştərilərinizə zəngləri həyata keçirə bilərsiniz. Bundan əlavə müştərilər sizinlə əlaqə saxladığı halda dəstəyi götürmədən zəng edən müştəri haqqında bütün ilkin və ən vacib məlumatları əldə etmiş olacaqsınız. Dəstəyi götürən zaman müştəri haqqında məlumatlardan xəbərdar olmağınız müştəridə məmnunluq hissi yaradacaq.

Çağrı mərkəzinin digər funksionallıqları aşağıda qeyd olunmuşdur.

  • Səs yazılarına qulaq asmaq və səs yazısını cıhazınıza yükləmə imkanı;
  • Zəng edən müştərinin zəng panelində ad və soyadı, əlaqədar olduğu şirkəti və ən son açıq sözləşməsinin görünməsi;
  • Zəng edən müştərinin zənginin birbaşa cavabdeh olduğu satış nümayəndəsinə yönləndirilməsi;
  • Zəngin statusunun (gedən, gələn, buraxılmış) qeyd olunması;
  • Buraxılmış zənglərin qeyd olunması və onlarla yenidən əlaqə saxlama imkanı;

Əlaqə, şirkət,sözləşmə və məhsulun əlavə edilməsi

  • Əlaqə, şirkət və sözləşmənin əlavə edilməsi səhifəsinin yeni və daha sadə görünüşdə olması, bölmələrin qruplaşdırılması sizin işinizi daha da asanlaşdıracaq.
Cubics CRM
Cubics CRM
  • Sözləşmənin əlavə edilməsi səhifəsində sözləşməyə bağlı təklifin birbaşa yaradılması;
  • Təklif əlavə edərkən xidmətin və ya anbara aid məhsulun təklifə birləşdirilməsi;
Təklif
Təklif
  • Filialların və onlara bağlı anbarların yaradılması;
  • Məhsul əlavə edərkən onu mövcud olduğu anbara bağlamaq;
  • Məhsullara barkodun əlavə olunması;
Məhsul və xidmət
Məhsul və xidmət

Cubics CRM – Analitika bölməsi

Analitika bölməsinin yeni versiyası fərqli qrafik və dizaynla, həmçinin, daha detallı filtrlərlə təmin olunub. Bundan əlavə statistik nəticələrin qrafik şəklini cihazınıza yükləyə bilərsiniz. Statistikada olan yeniliklər aşağıda qeyd olunmuşdur:

  • Sözləşmələri (bütün, açıq, uğurlu, uğursuz) cavabdeh şəxs və müəllif üzrə, qıflar üzrə, həmçinin, say və büdcə üzrə ətraflı filtrdən keçirərək təhlil etmə imkanı;
  • Gələn, gedən, buraxılmış zənglərinizi seçilmiş vaxt intervalına uyğun şəkildə sayına, müddətinə və ortalama zəng müddətinə görə, həmçinin cavabdeh şəxslər üzrə təhlil etmə imkanı;
Sözləşmələrin təhlili
Sözləşmələrin təhlili
  • Qıfların kadr, say və büdcə,məzənnə və vaxt intervalı üzrə təhlili;
Qıfların təhlili
Qıfların təhlili
  • Tapşırıqlar üzrə təhlilə status, cavabdeh şəxs, müəllif, təyinat və növlər üzrə filtr edərək baxma imkanı;
Tapşırıqların təhlili
Tapşırıqların təhlili
  • Gələn, gedən, buraxılmış zənglərinizi seçilmiş vaxt intervalına uyğun şəkildə sayına, müddətinə və ortalama zəng müddətinə görə, həmçinin cavabdeh şəxslər üzrə təhlil etmə imkanı;
Zənglərin təhlili
Zənglərin təhlili
  • Göndərilmiş email və SMS-lərin cavabdeh şəxs, təyinat və vaxt intervalı üzrə təhlili;
SMS-lərin təhlili
SMS-lərin təhlili
  • Və yekunda bütün kadrların ümumi və fərdi şəkildə tapşırıqlar, zənglər, email, SMS, sözləşmə, əlaqə mənbələri və kateqoriyalar üzrə göstəricilərinə baxa bilərsiniz.
Kadrların təhlili
Kadrların təhlili

Yeniliklər haqqında daha ətraflı məlumat almaq üçün bizə müraciət edə bilərsiniz.

Əlaqə nömrəmiz: 012 480 15 74

Sizə maraqlı ola bilər: Lead ads. Lead elanların yaradılması