15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – Satış qıfı

Satış qıfı (Eng. Sales funnel) CRM – də satış mərhələlərini özündə saxlayan və vizuallaşdırmağa kömək edən bir termindir.

Satış qıfı
Cubics CRM – Satış qıfı

Sözləşmələr səhifəsinə 2 formada baxa bilərsiniz:

  1. Siyahı
  2. Satış qıfı

Qıf bölümündə sözləşmələr mərhələlər üzrə qruplaşmış şəkildədir. Siz istədiyiniz qıfı və onun daxilində istədiyiniz mərhələni yarada bilərsiniz. Misal olaraq yaratdığımız qıf və mərhələlərə baxaq.

Yuxarı orta hissədə sözləşmələrin ümumi sayıməbləği yerləşir.

 İlkin əlaqə bölməsində ilkin əlaqə mərhələsində olan sözləşmələr yer alır. 

Qərar qəbul edilir bölməsində qərar qəbuletmə mərhələsində olan sözləşmələr yerləşir. 

Danışıqlar bölməsində  danışıqlar mərhələsində olan sözləşmələr yerləşir.

Razılaşma bölməsində isə razılaşma mərhələsində olan sözləşmələr yer alır.

Buradan sözləşmələri “sürüşdürərək” mərhələsini dəyişdirə və Uğurlu və ya Uğursuz bitirə bilərsiniz. Eyni zamanda mərhələlərin ardıcıllığını da dəyişə bilərsiniz.

Sözləşməni Uğurlu bitirən zaman yeni təklif olaraq da əlavə edə və ya yeni təklifi ləğv edə bilərsiniz.

Sözləşməni uğursuz bitirmək üçün mütləq uğursuzluq səbəbi qeyd edilməlidir. Qeyd edilmədikdə sistem xəta verəcək.

Uğursuzluq səbəbləri şirkətinizə uyğun olaraq əlavə edilir. Bunun üçün Ayarlar bölməsindən Satış ayarlarına daxil olub əlavə edə, redaktə edə silə bilərsiniz.

Qıf bölməsində istədiyiniz satış qıfı üzrə nəticələrə baxa bilərsiniz. 

Məzənnə bölməsində siz sözləşmənizin hansı pul vahidi ilə işlədiyini qeyd edirsiniz. 

Axtar düyməsinə sıxaraq siz istədiyiniz parametr üzrə lazım olan məlumatları asanlıqla tapa bilərsiniz. Parametlər:

  • sözləşmənin adı
  • şirkətin adı
  • əlaqənin adı
  • VÖEN
  • ümumi məbləğ
  • sözləşmənin statusu
  • məhsulun adı və ya ştrix kodu
  • əlavə olunma tarixi
  • gözlənilən bitmə tarixi
  • bitmə tarixi
  • kim görə bilər
  • teq
  • cavabdeh şəxs
  • sözləşmənin ehtimalı
Satış qıfı

Qıf ayarları səhifəsində qıflar və onların mərhələləri yerləşir. Bu bölməyə satışın sözləşmələr bölməsindən və ya birbaşa Ayarlar bölümünün satış ayarları hissəsindən də daxil ola bilərsiniz. İlkin əlaqə, Qərar qəbul edilir, Danışıqlar və Razılaşma mərhələləri yer alır.

Qıf əlavə et düyməsini sıxdıqda qarşımıza qıfın yaradılması səhifəsi çıxır.

Qıfın adı bölməsində istədiyimiz qıf adını daxil edə bilərik. 

Sözləşmədə ehtimal seçmək imkanı bölməsində bəli seçərək siz hər sözləşməyə ehtimal faizini təyin etmək imkanı yaradırsınız. 

Gəlir əlavə etmək imkanı bölməsində bəli seçərək siz sözləşmə uğurla bitirildikdə gəlir yaratmaq imkanı yaradırsınız. 

Əlavə et düyməsinə sıxırıq və yeni qıf əlavə olunur. 

Mərhələ əlavə et – Bu bölməyə sıxaraq mərhələnin adını və mərhələnin ehtimalını daxil edərək əlavə et düyməsinə sıxırıq və mərhələ əlavə olunur. 

Qıfın redaktə edilməsi düyməsinə sıxdıqda qarşımıza qıfın redaktə edilməsi səhifəsi  çıxır. 

Qıfı sil düyməsinə sıxaraq qıfı silə bilərsiniz. 

Cubics CRM - Satış qıfı

Cubics CRM – dən 14 gün ödəniş istifadə üçün qeydiyyat linki: https://cubics.pro/register

Sizə maraqlı ola bilər: Cubics CRM – Tapşırıqlar