15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – PulPal ödəniş sisteminin inteqrasiyası

Siz öz PulPal kabinetinizi Cubics CRM – ə inteqrasiya edərək sözləşmələrin daxilindən ödəniş linki yarada bilərsiniz. Müştəri həmin linkdən istifadə edərək ödəniş etdikdə bu sözləşmə daxilində “Ödənişlər” bölməsində öz əksini tapacaq və sizə bildiriş gələcəkdir.

PulPal ödəniş sisteminin Cubics CRM – ə inteqrasiyası üçün ilk əvvəl PulPal sistemindən qeydiyyatdan keçmək və müqavilə bağlamaq lazımdır.

Daha sonra Cubics CRM – ə daxil olur və “Ayarlar” bölməsinə klik edirik. Həmin bölməyə daxil olduqdan sonra “İnteqrasiya” – ya klik edirik.

Klik etdikdən sonra bütün mövcud inteqrasiyalar yerləşən səhifə açılır və həmin səhifəni aşağı sürüşdürüb “Ödəniş” bölməsini və həmin bölmədə “PulPal” – ın inteqrasiyasını görmək mümkündür.

PulPal inteqrasiyası

“Quraşdır” – a klik etdikdə məlumatları daxil etmək üçün pəncərə açılır.

“Key”“Salt” bölməsində “Yarat düyməsini klik etdikdə həmin bölmələrdə kod generasiya olunur.

“Satıcının ID nömrəsi” – nə isə PulPal – da qeydiyyatdan keçdiyiniz zaman sizə verilən ID nömrəsini daxil edirsiniz.  “Şirkətin adı” bölməsinə PulPal – da qeyd etdiyiniz şirkətin adını daxil edirsiniz. Doldurulmadığı təqdirdə Cubics CRM – də olan şirkət adı istifadə olunacaqdır. “Yadda Saxla” düyməsinə klik edirsiz.

“Yadda Saxla” düyməsinə klik etdikdə aşağıdakı pəncərə açılır. “Ok” düyməsinə klik edərək CRM – dəki inteqrasiyanı tamamlayırsınız. Burada qeyd olunan “Delivery URL”, “Key” “Salt” dəyərlərini daha sonra PulPal kabinetinizdə istifadə edəcəksiniz. Bu məlumatları Cubics CRM – də bir daha görə bilməyəcəyinizdən özünüzdə qeyd edərək “Ok” düyməsinə klik etməlisiniz.

Və bundan sonra PulPal saytına dail olarkən sizə aid olan “İstifadəçi adı”“Şifrə” daxil edərək şəxsi profilinizə daxil ola bilərsiz.

PulPal inteqrasiya

Daha sonra səhifənin sağ üst küncünə klik etdikdə açılan bölmədən “Hüquqi Sənədlər”“Ayarlar” bölməsinə daxil oluruq.

Açılan pəncərədə “Ayarlar” bölməsində Cubics CRM – dən əldə etdiyiniz məlumatları (“Delivery URL”, “Key”, “Salt”) daxil edib “Yadda saxla” düyməsinə klik edirik.

PulPal – ı Cubics CRM – ə inteqrasiya etdikdən sonra, yaradılmış sözləşmələrdə “Ödəniş linki” yaradaraq öz müştərilərinizə təqdim edə bilərsiniz ki, bu da müştərilərə linkə klik edərək ödəniş imkanı verir.

Sözləşmədə

Sözləşmədə ödəniş yaratmaq üçün ilk növbədə “Satış” bölməsinə daxil olaraq “Sözləşmə” – yə klik etməliyik.

“Sözləşmə” – yə daxil olduqdan sonra sözləşmələrin səhifəsi açılır.

Sözləşməni yaratmaq üçün “+ Yeni” düyməsinə klik edirik və sözləşməni yaratmaq üçün pəncərə açılır. Açılan pəncərədə lazımi məlumatları daxil edərək “Əlavə et” klik edirik.

Daha sonra “Sözləşmə” bölümündə yaratdığımız sözləşməyə daxil olaraq PulPal sistemi ilə ödəniş etmək üçün ödəniş linki yaratmaq olar.

Ödəniş linkinin yaradılması

Ödəniş linkini yaratmaq üçün “Redaktə” düyməsinə klik edirik və açılan xanaları doldururuq.

Xanaları düzgün qaydada doldurduqdan sonra “Yadda saxla” düyməsinə klik edirik və avtomatik olaraq link yaradılır.

Yaradılan link ödəniş etmək üçün müştəriyə təqdim edilir və müştəri həmin linkə klik edərək avtomatik olaraq PulPAl ödəniş sisteminin səhifəsinə keçid alır.

Açılan pəncərədə “Ödəniş et” düyməsinə klik etdikdə ödəniş pəncərəsi açılır və həmin pəncərədə müştəri bank kartına aid olan məlumatları düzgün şəkildə daxil edərək ödənişini təsdiq edir.

Qeyd: PulPal – ın bir hesabını yalnız bir sistemə inteqrasiya etmək mümkündür.

Məsələn, Cubics CRM – ə inteqrasiya etdikdən sonra, daha bir sistemə inteqrasiya etmək mümkün olmur.


Cubics CRM – dən 14 gün istifadə ödənişsizdir. Qeydiyyat: https://cubics.pro/register

Sizə maraqlı ola bilər: Cubics CRM – Qeydlər