15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – “ödənişli veb forma”nın yaradılması

Veb forma hər hansı veb səhifədə link şəklində yerləşdirilən anket formalarıdır ki, sizə hər hansı məlumat bazasını toplamağa və avtomatik olaraq CRM – ə daxil etməyə imkan verir.

Ödənişsiz sadə veb formanın yaradılması haqqında daha ətraflı olaraq bu məqalədə oxuya bilərsiniz.

Cubics form ilə siz artıq ödənişləri də qəbul edə bilərsiniz. Ödənişli veb forma – nın yaradılması sizə ödənişli təlimlər və xidmətlərin ödənişi zamanı lazım ola biləcək bir funksionallıqdır.

Ödənişli veb forma yaratmaq üçün İnteqrasiyalar → Cubics form (Ayarla) bölməsinə daxil oluruq.

“+Əlavə et” düyməsinə klik edirik.

Ödənişli veb forma
Ö

Açılan bölmədə Adı hissəsinə yaradacağınız veb formanın adını qeyd edirsiniz. Formadan qeydiyyatdan keçilən zaman yaranacaq sözləşmə də bu adda yaranacaq.

Cavabdeh şəxs bölməsində CRM – inizdən yaradılacaq sözləşməyə, əlaqəyə (şirkətə) cavabdeh şəxs seçirsiniz.

Qıf bölməsində yaratdığınız qıfı seçirsiniz. Əlavə olunan sözləşmə və mərhələlər bu qıfa aid olacaq.

Mərhələ bölməsi veb formadan qeydiyyatdan keçən zaman yaradılan sözləşmənin hansı mərhələdə qeydiyyata alındığını bildirir.

Ön şəkilçi bölməsinə istənilən qeyd yaza bilərsiniz. Veb formadan qeydiyyatdan keçiləndə yarancaq sözləşmə haqqında sizə bildiriş gələn zaman Məsələn – “Adı” adlı veb forma vasitəsilə yeni “ön şəkilçi” “Adı” sözləşməsi yaradıldı. şəklində bildiriş alacaqsınız.

Dil bölməsi istifadəçi tərəfindən görünən veb formanın dilidir. Məsləhətdir ki, veb formanı yaradan zaman əlavə etdiyiniz məlumatları seçəcəyiniz dilə müvafiq olaraq seçəsiniz. Bu zaman veb formanız da vahid dildə olacaqdır.

Ödənişli veb forma

Məzənnə yaradılan sözləşmənin məzənnəsidir.

Mənbə yaradılacaq əlaqələrin mənbəsidir ki, seçiminizə əsasən bu mənbəyə aid ediləcəkdir.

Bildiriş göndəriləcək istifadəçi veb formadan qeydiyyatdan keçilən bildiriş göndəriləcək istifadəçidir. Bu şirkətin satış meneceri, reklam meneceri və s. ola bilər.

Kim görə bilər bölməsində yaradılacaq sözləşmənin hansı istifadəçi qrupu tərəfindən görülə bilməsi seçilir.

Ümumi məbləğ bölməsinə yaradılacaq sözləşməyə məbləğ əlavə edilməsi üçündür.

Gözlənilən bitmə tarixi yaradılmış sözləşmənin təxmini bitmə tarixi qeyd edilir.

Sözləşmənin teqi bölməsinə veb forma və ya tədbir tipli sözlərlə teq əlavə edə bilərsiniz. Teq sizə daha sonra axtarış edən zaman rahatlıq yaradacaq. Teqlə axtarış edərək veb forma vasitəsilə yaradılan sözləşmələrinizi filter edə bilərsiniz.

Ödənişli veb forma

Əlaqənin kateqoriyası və Şirkətin kateqoriyası bölmələri yaranacaq əlaqə və şirkətlər qeyd edəcəyiniz müvafiq bölmələr üzrə kateqoriyalaşacaq.

Kateqoriyalar bölməsinə daxil olaraq Əlaqələr, Şirkətlər, Məhsullar, XərcGəlir bölmələri üzrə müvafiq kateqoriyalar əlavə edə bilərsiniz.

Giriş mesajı veb forma səhifəsinin başlığında görünəcək mətndir.

Ödəniş linkinin yaradılması

PulPal ödəniş linki yarat düyməsinə klik edirik bu zaman Ödənişin adı (Rusca və İngiliscə), Ödənişin təsviri (Rusca və İngiliscə) bölmələri açılır. Bu bölmələr veb forma doldurulduqdan sonra ödəniş səhifəsində görünəcək başlıqların adıdır.

Ödənişin məbləği bölməsinə ödənişin miqdarını qeyd edirik. Bu bölmə də Pulpal ödəniş səhifəsində görünəcək.

Qeyd: PulPal ödəniş linki, yalnız Məzənnə AZN seçildikdə əlavə edilə bilir.

Ödənişli veb forma

Formun təyinatı bölməsində Əlaqə və Şirkət seçimləri vardır. Bu bölmə sizə CRM – inizə form vasitəsilə şirkətləri yoxsa bir başa müştəriləri cəlb etdiyinizin seçimidir.

Təyinatın adı bölməsində əgər müştəri üçün qeydiyyat aparırıqsa “Ad, Soyad” sahəsi olacağı üçün “Ad, Soyad” kimi yaza bilərik. Əgər şirkət kimi seçim etsək bu zaman ad yazılacaq sahəyə “Şirkətin adı” kimi yaza bilərik.

“+ Yeni bölmə əlavə et” bölməsi sizə veb formanızda almaq istədiyiniz məlumatlar üçün qeydə alacağınız anket forması olacaq. Aşağıdakı bölmələr üzrə yaradıla bilər:

  • Əlaqə
  • Şirkət
  • Sözləşmə
  • Ad
  • Mobil
  • E-mail
  • Qeyd (yazı sahəsi)

Vacibdir bölməsi aktiv edilərək hər bir seçimin vacibliyini tələb edə bilərsiniz. Bu zaman qeydiyyat həmin yazı sahəsi doldurulmadan qeydiyyat tamamlana bilmir.

Hər bölmənin sağ üst küncündəki “-” işarəsi həmin bölməni silməyə kömək edir.

Təsdiq mətni bölməsi veb form doldurulduqda və təsdiqlə düyməsinə klik olunduqda uğurla qeydiyyata alınan zaman ekrana çıxacaq mətndir.

Əlavə et düyməsinə klik edirsiniz və veb formanız Ayarlar → Veb form səhifəsində qeydə alınır.

Satış → Cubics form bölməsinə keçid aldıqda burada veb formanızı görə bilərsiniz.

Veb formunuzun sağ tərəfindəki 1 – ci simvola klik etdikdə 3 bölmə görünür.

Link yaratmış olduğunuz veb formanın linkdir. Siz bu linki sosial şəbəkələrdə və ya hər hansı platformada paylaşa bilərsiniz.

Linki kopyalayaraq başqa bir səhifədə açaq.

Kopyaladığımız linki yeni bir səhifədə açdıqda veb formamız görünür. Burada verilən bölmələri doldururuq və təsdiq et düyməsinə klik edirik.

Və bu zaman Pulpal onlayn ödəniş səhifəsi açılır.

Açılan səhifədə Ödəniş et düyməsinə klik edirik və ödəmə səhifəsinə yönlənirik. Buradan kart məlumatlarımızı daxil edərək Ödə düyməsinə klik edirik və veb form ilə ödənişimiz qəbul edilmiş olur.

Cubics CRM – dən 14 gün ödənişsiz istifadə üçün qeydiyyatdan keçin. 


Buradan ödənişli veb forma – nın video izahını izləyə bilərsiniz:

Sizə maraqlı ola bilər: Cubics CRM – Virtual ATS ilə inteqrasiya