15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM istifadəçi qrupları və onun istifadə qaydası

Cubics CRM – də istifadəçi qrupları səhifəsində kadrların vəzifələri yerləşir. Siz bu siyahıya  şirkətinizdə fəaliyyət göstərən kadrların vəzifələrini əlavə edə bilərsiniz.  Bu bölmə yalnız əsas istifadəçi tərəfindən görüləcək. O, bu bölmədən istifadəçi qruplarının parametrlərini dəyişə və yeni istifadəçi qrupu əlavə edə bilər. Yəni, istifadəçi qruplarının hər hansı parametrləri görüb – görməməsini bu bölmədən idarə edə bilər.

Cubics CRM - İstifadəçi qrupları
Ayarlar > İstifadəçi qrupları

Cubics CRM - İstifadəçi qrupları
Redaktə et

Tutaq ki, əsas istifadəçi istəyir ki, proqramçı vəzifəsində çalışan kadrlar sözləşmələrin büdcəsini görə bilməsin. Bunun üçün ilk öncə proqramçı istifadəçi qrupunun  redaktə bölməsinə daxil oluruq. Siyahıdan sözləşmə bölməsinə daxil olaraq büdcə bölməsini tapırıq və ona klik edərək onun görsənməsini bağlayırıq. Sonda redaktə et düyməsinə sıxırıq. Bu əməliyyatı yerinə yetirdikdən sonra, vəzifəsi proqramçı olan kadrlarınız sözləşmələrin büdcəsini görə bilməyəcək. 

Cubics CRM - İstifadəçi qrupları
Sözləşmələr > Büdcəsi
Cubics CRM - İstifadəçi qrupları
Redaktə et

Cubics CRM istifadəçi qrupları üçün başqa bir misal göstərək. Məsələn, əsas istifadəçi istəyir ki, proqramçılar müştərilərin əlaqə nömrələrini və e – maillərini görməsin. Bu zaman, proqramçı istifadəçi qrupunun qarşısındakı redaktə düyməsinə sıxırıq. Əlaqələrdən telefon nömrəsie – mail bölmələrinə klik edərək bağlayırıq və sonda redaktə et düyməsinə sıxırıq.

Cubics CRM - İstifadəçi qrupları
Cubics CRM - İstifadəçi qrupları

Bu əməliyyatı yerinə yetirdikdən sonra, vəzifəsi proqramçı olan kadrlarınız əlaqələrin telefon nömrələrini və e – maillərini görə bilməyəcək. Əsas istifadəçi, ümumiyyətlə, ümumi bölmələri də bağlaya bilər. Məsələn, proqramçı bölməsinin şirkətləri və əlaqələri görməsini istəmirsinizsə, bu zaman o bölmələrin qarşısına klik edərək redaktə edirsiniz. Bu zaman proqramçı istifadəçi qrupu əlaqələr və şirkətlər barədə heç bir məlumatı görə bilməyəcəkdir. 

Cubics CRM yeni istifadəçi qruplarına əlavə

Yeni istifadəçi qrupu əlavə etmək  üçün “ + ” düyməsinə sıxırsınız və əlavə olunma səhifəsi açılır. Yaratmaq istədiyiniz istifadəçi qrupunun adını yazırsınız və aşağıda həmin qrup üçün olan icazələr (qrup üçün xüsusi ayarlar) yerləşir. Bu bölmədən yaratdığınız qrupun hər hansı bir bölməni görməsini aktiv və ya deaktiv edə bilərsiniz və əlavə et düyməsinə sıxaraq yeni istifadəçi qrup yarada bilərsiniz. 

Əlavə etmək

Gördüyünüz kimi yeni istifadəçi qrupu artıq İstifadəçi qrupları səhifəsindədir. Eyni zamanda siz yaratdığınız Cubics CRM istifadəçi qrupları – nı redaktə edərək adını dəyişə və ya onu silə bilərsiniz. 

Cubics CRM – dən 14 gün istifadə üçün qeydiyyat: https://cubics.pro/register

Sizə maraqlı ola bilər: Cubics CRM – Hadisə jurnalı