15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Cubics CRM – Hadisə jurnalı

Cubics CRM – in hadisə jurnalı səhifəsində kadrların, həmçinin, şirkət rəhbərliyinin CRM – də atdığı bütün addımlar qeyd olunur. Məsələn, əlaqə, şirkət, sözləşmə, tapşırıq və kadrların əlavə olunması, onların redaktə olunması, silinməsi, e – mail və məktubların göndərilməsi və digər bütün məlumatlar hadisə jurnalında göstərilir. Qeyd olunan bu məlumatlar heç vaxt silinmir. Rəhbərliyin öz işçi heyətinin işinə nəzarət etməsi CRM – in bu xüsusiyyəti ilə çox asan olacaq. Siz istədiyiniz vaxt Hadisə jurnalına daxil ola və hər hansı işçinin gördüyü işləri izləyə bilərsiniz. 

Cubics CRM hadisə jurnalı bölməsində hadisələr ardıcıllığını 2 cür nizamlamaq mümkündür:

  1. Vaxt intervalı ilə;
  2. İstifadəçiyə görə.

Vaxt intervalı ilə hadisə jurnalı

Vaxt intervalı bölməsində cari ilin başlanğıcından bu günə kimi olan nəticələr göstərilir. Siz bu intervalı dəyişərək istənilən vaxt üzrə nəticələrə baxa bilərsiniz.

Vaxt intervalı bölməsini açdıqda aşağıdakı seçimlər qarşımıza çıxır

  • Bu gün;
  • Dünən;
  • Bu həftə;
  • Keçən həftə;
  • Bu ay;
  • Keçən ay;
  • Bu rüb;
  • Keçən rüb;
  • Bu il
  • Keçən il
  • Digər interval.

Məsələn, keçən il intervalını seçək. Bu zaman keçən il üzrə olan hadisə jurnalı qarşımıza çıxacaq. Əgər sizin seçmək istədiyiniz vaxt bu intervallar içərisində yoxdursa, bu zaman Digər interval bölməsini seçərək özünüz istədiyiniz vaxtı daxil edərək həmin vaxt üzrə hadisə jurnalına baxa bilərsiniz. 

Cubics CRM hadisə jurnalı

İstifadəçiyə görə hadisə jurnalı

İstifadəçi seç bölməsində istənilən kadrın adını seçərək, yalnız həmin kadrın hadisə jurnalını nəzərdən keçirə bilərsiniz.

Məsələn, hər hansı bir istifadəçinin adını seçək. Gördüyünüz kimi bu zaman yalnız seçilən istifadəçinin etdiyi işlər siyahıda görsənir. 

Səhifənin aşağı orta hissəsində səhifələrin nömrələri göstərilir. Əvvəldəki ox işarəsini seçərək ən birinci səhifəyə, sondakı ox işarəsini seçərək ən sonuncu səhifəyə baxa bilərsiniz.

Cubics CRM hadisə jurnalı

Cubics CRM – dən 14 gün istifadə üçün qeydiyyat: https://cubics.pro/register

Sizə maraqlı ola bilər: Müştəri yolu (Customer journey) nədir?