15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

CRM sistemləri: Effektiv satış və idarəetmə üçün

CRM (Customer Relationships Management) – Müştəri Əlaqələrinin İdarəedilməsi şirkətlərin mövcud müştəriləri və potensial müştəriləri ilə qurduğu əlaqələri effektiv, təsirli və daha gəlirli hala gətirmək üçün istifadə etdikləri metodlar toplusudur.

CRM sistemləri bu metodlar əsasında tərtib edilmiş, müştərilərlə münasibətlərin idarəedilməsini asanlaşdıran, biznesin inkişafını təmin edən proqram təminatlarıdır.

Bəs CRM sistemləri biznesin inkişafı prosesinə necə təsir edir?

Yeni şirkətlər və yeni məhsulların meydana gəlməsi ilə yaranan çoxçeşidlilik, müştəri tələbatının müxtəlifliyi və dəyişkənliyi rəqabətin kəskin artmasına səbəb olur. Bu da öz növbəsində hər müştəri ilə xüsusi şəkildə maraqlanma, müştəri axınının böyük hissəsini öz brendinə yönəltmə zərurətini artırır.

Bazarda yüksəlmək və üstünlüyü ələ keçirmək üçün müştərilərin, rəqiblərin, məhsul və xidmətlərin əsaslı təhlili aparılmalı, güclü marketinq və satış strategiyası formalaşdırılmalıdır. Bütün bunları köhnə üsullarla icra etmək vaxt itkisinə səbəb olur ki, bu vaxt ərzində siz bir sıra fürsətlər və çoxlu sayda müştəri itirə bilərsiniz.

Bütün bu problemlərin və daha çoxunun qısa zamanda həlli CRM sistemləri vasitəsilə həyata keçirilir.

Belə ki, CRM sistemləri bir növ biznes proseslərinin avtomatlaşdırılmasına xidmət edir. Avtomatlaşdırma isə vaxtdan səmərəli istifadəni təmin edir. Bu da öz növbəsində yeni inkişaf planlarının düşünülməsinə, imkanların daha effektiv dəyərləndirilməsinə imkan verir. Həmçinin məlumat bazasının formalaşdırılması strukturu, gündəlik iş prosesinin asanlaşdırılması və s. üstünlükləri köhnə üsullardan imtina üçün yetərli səbəblərdir.

CRM sistemləri seçərkən nələrə diqqət etmək vacibdir?

CRM sistemi seçərkən aşağıdakı xüsusiyyətlərə diqqət yetirmək vacibdir:

  • Sistemin dil imkanları
  • İstifadəçi interfeysi
  • İstənilən biznes sahəsinə uyğunlaşması
  • Funksional imkanları
  • Texniki dəstək xidməti

Cubics CRM

Cubics CRM Azərbaycanın ilk Bulud texnologiyası əsasında tərtib edilmiş CRM sistemidir. Sistemdə olan hər bir funksionallıq yerli bazarın tələblərinə uyğun hazırlanmışdır və yüksək biznes inkişafına xidmət göstərir. Sistemin Azərbaycan dilində tərtib olunması onun funksionallıqlarından effektiv istifadənizə və onları qısa zamanda mənimsəməyinizə kömək olacaq. Lakin Azərbaycan dili yeganə seçim deyildir. Eyni zamanda siz, sistemi Rus və İngilis dillərində də istifadə edə bilərsiniz.

Cubics CRM istənilən biznes sahəsinə asanlıqla inteqrasiya oluna bilər. Onun istifadəçi interfeysinin sadəliyi isə sistemdən rahat istifadənizi təmin edəcək. Həmçinin məlumat bazasının sistemləşdirilmiş formada saxlanılması, daxil edilən məlumatlar əsasında müxtəlif statistik göstəricilərin təqdim olunması, çox istiqamətli axtarış imkanları iş prosesinin asanlaşdırılmasına və effektivliyin artırılmasına xidmət edir.

Cubics CRM -in təqdim etdiyi xidmətlər

Bütün bunlarla yanaşı Cubics CRM sizə Email, SMS və İP telefoniya xidmətlərindən də istifadə imkanını təqdim edir.

Sistemə e-mail ünvanınızı əlavə edərək siz, bütün e-mail əməliyyatlarını birbaşa crm üzərindən apara bilərsiniz.

SMS xidmətini Cubics CRM-də aktivləşdirməklə isə müxtəlif SMS şablonları yaradaraq fərqli müştəri qruplarına uyğun SMS-ləri istər toplu şəkildə, istərsə də tək-tək göndərmə imkanına malik olacaqsınız.

İP telefoniya xidməti müştəri ilə əlaqələrin daha effektiv qurulmasına xidmət edir. Cubics CRM-ə İP telefoniya xidmətinin inteqrasiyası ilə bütün daxil olan və gedən zəngləri CRM üzərindən idarə edəcək, zəng tarixçələrinə baxa və keyfiyyətin təhlili üçün danışıqları qeyd edə biləcəksiniz.

CRM seçimində vacib amillərdən biri də texniki dəstək xidmətinin olmasıdır. Cubics CRM-in texniki dəstək komandası daim sizin sistemlə bağlı istənilən sualınızı cavablandıracaq, sistemin istifadəsi ilə bağlı sizə dəstək olacaqlar.

Son olaraq, siz, Cubics CRM-in AndroidiOS sistemlərinin hər birində dəstəklənən mobil tətbiqi vasitəsilə internetə çıxışınızın olduğu istənilən yerdən işlərinizi idarə edə biləcəksiniz.

Göründüyü kimi, Cubics CRM müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirmişdir. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Brend və Brendinq nədir? Brendinq prosesi necə aparılmalıdır?