15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

CRM sistemi. Funksional imkanları. Əhəmiyyəti

crm sistemi
crm sistemi

CRM sistemi biznes proseslərin idarə edilməsində əhəmiyyətli rola sahibdir. Məhz buna görə hər bir sistemdə olması zəruri olan bir sıra funksionallıqlar vardır. CRM sistemilərinin əsas funksiyaları aşağıdakı istiqamətlər üzrə təsnif edilə bilər

Əlaqələrin idarə olunması

CRM sistemində müştərilər, sifarişçilər, rəqiblər və biznesin aparılmasının digər subyektləri üzrə vahid əlaqə bazası saxlanılır. Bu da biznesi maksimum səmərəli qurmağa imkan verir. Bütün məlumatlar unikal saxlanılır və onun təkrarlanması istisna olunur.

Müştərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi

CRM sistemi müştərilərin gələcək tələbatlarının təhlilini aparmağa imkan verən hər bir müştəri ilə qarşılıqlı əlaqənin dəqiq təsvirini əldə etməyə imkan verir. Təhlil artıq sistemdə mövcud olan məlumatlara əsaslanır.

Potensial sözləşmələrin idarə olunması

CRM sistemi hər bir sözləşmənin keçirilməsi prosesinə nəzarət etməyə, hər bir sözləşmənin nəticəsi barədə analitik proqnozlar verməyə imkan verir.

Bağlanılmış sözləşmələrin idarə olunması

Bağlanmış sözləşmələrə nəzarət münaqişələrin qarşısını almağa və mübahisəli məqamların yarana biləcəyi müştəriləri erkən mərhələdə müəyyən etməyə imkan verir.

Məlumat bazasının mühafizəsi

CRM sistemində müştərilər, rəqiblər barədə bütün məlumatlar, hər bir müştəri ilə qarşılıqlı əlaqə tarixi saxlanılır. Mövcud olan bütün məlumatlar üzrə axtarış aparılır. Axtarış işçilərin bacarıqlarının artırılmasına və hər bir müştəri və ya rəqiblə düzgün iş istiqamətini göstərməsinə kömək edir.

Planlaşdırma

Sistemdəki təqvimlər sayəsində şirkət əməkdaşları öz işlərini və iş yoldaşlarının işini maksimal dərəcədə səmərəli planlaşdıra bilər.

Kommersiya təklifləinin avtomatik hazırlanması

İstənilən müasir CRM sistemi öz arsenalında zəngin şablon bazasına malikdir və onların əsasında kommersiya təklifi qurula bilər. Bu cür işlər kommersiya təkliflərinin xərclərini azaltmağa və onları maksimal dərəcədə tez hazırlamağa imkan verəcək.

Hesabatların toplanılması

CRM sistemi öz arsenalında kifayət qədər güclü analitik alətə malikdir. Bu da müxtəlif istiqamətlər üzrə hesabatlar aparmağa və şirkətin gələcək işini planlaşdırmağa imkan verir.

Hədəf auditoriyasının təhlili və formalaşması

Sistemdə saxlanılan əlaqə məlumatları, SMS və ya e-mail vasitəsilə müxtəlif poçt göndərişlərini tərtib etməyə, müxtəlif təkliflərlə müştərilərə zəng etməyə imkan verir.

Cubics CRM sistemi

Cubics CRM yuxarda sadaladığımız bütün funksional imkanlara malikdir. Eyni zamanda sistem yerli biznes proseslərinə tamamilə uyğunlaşdırılmışdır. Sistemdə SMS, e-mail xidmətləri və Çağrı mərkəzi mövcuddur. Belə ki, Cubics CRM sistemi müştərilərə seqmentləşdirilmiş yanaşma imkanı verir. Hər bir müştəri seqmentinə ona uyğun SMS və E-mail göndərə, daxil olan və gedən bütün zəngləri nəzarətda saxlaya, istənilən vaxt səs yazılarını dinləyə bilərsizniz. Zəng daxil olarkən komputer ekranında zəmg edən haqqında bütün zəruri informasiyalar – zəng edənin kimliyi, hansı şirkətdən olması, sonuncu aparılan sözləşmə qeyd edilir.

Daha çox funksional imkanlarla tanış olmaq üçün https://cubics.az/ saytına daxil olun və 14 gün Ödənişsiz sınaq müddətindən faydalanın.

Sizə maraqlı ola bilər: Rəng parametrlərinin konversiya əmsalına təsiri