15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Bulud CRM sistemləri: Uydurma qorxular

Potensial müştərilər bulud CRM -ə keçiddən nə üçün qorxurlar?

Biznesin idarə edilməsində bulud texnologiyalarına keçid bu gün fəaliyyətin xüsusiyyətindən asılı olmayaraq şirkətlərin 90% – də müşahidə olunur.

Bulud texnologiyaları rəqəmsal məlumatların paylama emalı texnologiyalarıdır. Onların köməyi ilə kompüter resursları internet istifadəçisinə onlayn xidmət kimi təqdim olunur.

“Buludda”  işləmək dəbdə olan, prestijli və perspektivli hesab edilir. Və getdikcə daha çox korporativ müştərilər “qutu” sistemlərin “bulud” sisteminə keçid etməsi üçün proqramçılara müraciət edirlər.

Şirkətlərin qalan 10% -i hələ də biznes üçün bulud texnologiyasını, xüsusilə də əhəmiyyətli kommersiya və korporativ məlumatlarla işləyən texnologiyaları ehtiyatla qəbul edir. Amma, belə şirkətlərin narahatlıqları əsaslıdırmı?

“Bulud CRM” sistemlərinə keçid ilə bağlı əsas qorxuları nəzərdən keçirək.

Məlumatların itirilməsi

Qəribədir ki, bir çox potensial müştərilər sistemə uzaqdan daxil olmaq üçün tərəddüd etmirlər. Çünki serverdə baş verən qəza səbəbindən bütün vacib məlumatlar məhv edilə bilər. Əslində isə, kadr kompüterlərində işləyərkən əhəmiyyətli məlumatların itirilməsi riski daha yüksəkdir.

Bu məsələdə bulud CRM -in adi kompüterlər və müntəzəm serverlər üzərində təkzibedilməz üstünlükləri var. Məsələn, müstəqil məlumat mərkəzi üçün real vaxt rejimində  məlumatların davamlı təkrarlanması, müştəri üçün vacib olan məlumatları istənilən bir ştatdankənar vəziyyətdə 100% qorunmasıdır.

Kənardan arzu olunmayan giriş

Müasir bulud CRM və digər xidmətlər məlumatları idarə etmək üçün tamamilə təhlükəsiz vasitələr kimi özlərini göstərirlər. Ötürülmə və yazılma zamanı informasiyanın qorunmasının müasir texnologiyaları, icazəsiz girişdən müdafiə, kriptoqrafik şifrələmə kimi imkanlar mühüm kommersiya informasiyaslarının təhlükəsizliyini internet-bankinq səviyyəsində təmin edir.

Daxildən diversiya

Bulud texnologiyalarına keçid zamanı bir çox şirkət üçün geniş yayılmış daha bir narahatlıq – bu, diqqətsiz əməkdaşlardan başlayaraq, vacib məlumatları təsadüfən silməyə və bədxahlara gizli şəkildə ötürməyə qədər orataya çıxa biləcək daxili təhlükələrə qarşı informasiya zəifliyidir. Belə ki, xüsusi strateji əhəmiyyətli layihə ilə bir fayl və ya qovluq silinə bilər. Belə hallar üçün CRM buludları aşağıdakı qorunma üsullarını nəzərdə tutur.

  • parol daxil etmə cəhdlərinin sayını məhdudlaşdırmaq,
  • parol seçməkdən müdafiə,
  • müəyyən IP ünvanlarına girişin məhdudlaşdırılması,
  • sistemdə edilən bütün hərəkətlərin avtomatik qeydiyyatı və s.

Bütün bunlar hər bir əməkdaşın diqqətli olmağına zəmin yaradacaq. Belə ki, onun hesabına iş və nüfuza zərər vurmaq məqsədilə bədxahlar daxil ola bilməyəcəklər.

“Bulud CRM” -ə keçidin üstünlükləri

Bu keçidin üstünlükləri göz qabağındadır:

  • sistemə daxil olmaq hüququna malik olan hər bir əməkdaş günün istənilən yerində və istənilən vaxtında informasiya ilə işləyə bilər. Məsələn, əgər xaricdə ezamiyyətdə olan menecerə VIP müştəriyə dair bütün məlumatları qaldırmaq lazımdır. O, problemsiz olaraq CRM-in yerləşdiyi xüsusi serverə qoşulmaqla,  sistemə daxil ola bilər.
  • IT üzrə xərclərin azaldılması bulud texnologiyalarına keçidin daha bir üstünlüyüdür. Bir qayda olaraq, CRM ayrılmış serverdədir və texniki xidmət virtual məkanın təqdim edilməsi üzrə xidmətlərin ümumi qiymətinə daxildir.

Sizə maraqlı ola bilər: Tibb mərkəzləri üçün CRM: Proseslərin avtomatlaşdırılması