15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Bloq necə yazılmalıdır? Yüksək keyfiyyətli mövzu seçimi.

bloq

Oxucular konkret bir məqsədləri olmadıqda oxumaq üçün reytinq üzrə ən populyar bloq yazılarını. Daha geniş oxucu auditoriyasını əhatə etməkdən ötrü ilhamlandırıcı və ruhlandırıcı, aktual mövzular seçmək çox zəruridir. Bu cür yanaşma bloqun gününüzün bir parçasına çevrilməsinə, evdən işə gedərkən və işdən evə dönərkən, bloqunuzla əlaqəli olan olan şeyləri görməyə, bir sözlə, həyatınızı daha yaradıcı  etməyə kömək edəcək.

Düzgün seçim etdiyinizi yoxlamaq üçün bu yanaşmanı sınaqdan keçirmək olar: seçdiyiniz mövzuya uyğun məqalə yazmaq. Əgər, yazı prosesi xoşunuza gəldisə, deməli, hər şey plana uyğun gedir. Sonrakı mərhələdə yazdığınız məqaləni peşəkarlar tərəfindən bu mövzuda yazılan məqalələrlə müqayisə etməklə daha da təkmilləşdirə və seçim etdiyiniz sahədə peşəkarlığa çata bilərsiniz. Xoşunuza gələn mövzuya maraq, sizi həmin istiqamət üzrə əlavə biliklər almağa motivasiya edəcək. Yazılarda ilhamvercilik həmişə hiss olunur və bu daha çox oxucunu özünə cəlb edir.

Bloq üçün keyfiyyətli mövzu

Bloqda ən əsası keyfiyyətli, maraqlı, orijinal mövzudur. Bloq daimi olaraq yenilənməli, doldurulmalıdır: həftədə minimum olaraq 2-3 məqalə yazılmalıdır. Eyni zamanda məqalələri vaxt üzrə bərabər şəkildə bölüşdürmək də çox zəruridir. Ona görə, planlaşdırılan fasiləyə uyğun olaraq, oxucuları itirməmək üçün əvvəlcədən gələcək məqalələriniz üçün mövzuları hazırlayıb, tərtib etmək lazımdır. Bloqun doldurulması üçün öncədən plan hazırlamaq arzuolunandır: bu hər şeyi nəzarətdə saxlamağa və işləri asanlaşdırmağa yardım edəcək. Eləcə də öncədən plan hazırlayıb və onu həyata keçirənə qədər sizi çoxsaylı faydalı ideyalar və düşüncələr ziyarət edə bilər.

Bloqun keyfiyyətli mövzularla doldurulması üçün ideyaları və maraqlı bloqlardan ilhamverici faktları əks etmək olar, eləcə də biliklər toplamaq və onları özünkülərlə müqayisə etmək də mümkündür. Keyfiyyətli mövzu multimedia fayllarının olmasını da zəruri edir. Onlar materialı daha asan qəbul etməyə imkan yaradır. Ancaq təsvir görünüşlərindən istifadədən faydalanmaq olmur. Ən yaxşısı, özünüzə məxsus orijinal ideyalardan istifadə etməkdir. Bloq oxucudan ötrü faydalı olmalıdır, bundan ötrü “özün et” stilində praktiki təlimatlardan ibarət məqalələrdən və ya aktual tədbirlərin  peşəkar xülasəsindən istifadə etmək olar. Sözügedən mövzu üzrə maraqlı məlumatlardan xəbərdar olmaq oxuculara maraqlı gəlir.

Beləliklə, bloq yaradarkən ən başlıcası arzudur, ilhamdır, məsuliyyət və biliklərdir. Bloq öz quruluşuna görə orijinal, maraqlı olmalı, oxucular üçün rahat interfeys təşkil etməlidir. Bloq həyatın bir hissəsinə çevrilməlidir və onda bu maraqlı ideyalar istənilən yerdə və istənilən vaxtda insanları ziyarət edəcək.

Sizə maraqlı ola bilər: Facebook Lead Ads. Lead-elanların effektiv istifadəsinin 5 üsulu