15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Bərbərxana üçün CRM: Müştəri bazasının formalaşdırılması

Bərbərxana üçün CRM məhsuldarlığı, gəlirliliyi artırmaq, hesabatları daha sadə və informativ etmək, hər bir müştəri haqqında məlumat toplamaqla xidmətin effektivliyini və keyfiyyətini artırmaq məqsədi daşıyır.

CRM və ya müştəri bazası ilə əlaqələrin idarə olunması üçün bu sistem noutbuk, planşet və digər cihazlarda onlayn rejimdə iş üçün tətbiqi proqramdır. İstənilən CRM – in əsas məqsədi iş prosesinin avtomatlaşdırılması, müştəri bazası ilə qarşılıqlı fəaliyyət mexanizminin təkmilləşdirilməsi, satışın artırılması, bütün fəaliyyət sahələrinin optimallaşdırılmasıdır.

Bərbərxana üçün CRM -in əsas vəzifəsi bərbər, kosmetoloji və ya spa mərkəzinin fəaliyyətini optimallaşdırmaqdır.

CRM sistemlərindən həyata keçirilən bütün biznes proseslərini təkmilləşdirmək və həyata keçirilən marketinq, reklam və digər tədbirlərin sonrakı qiymətləndirilməsi və təhlilini asanlaşdırmaq üçün istifadə olunur.

Bərbərxana üçün CRM sisteminin funksionallıqları

Müştəri məmnunluğunun vacib olduğu başlıca sahələrdən biri olan bu sahədə CRM sizə müxtəlif imkanlar təqdim edir. Bərbərxana üçün CRM – in əsas funksiyaları bunlardır:

  1. Müştərilərlə münasibətlərin modernləşdirilməsi: müştəri bazasının uçotunun aparılması, ziyarətçilərin fəaliyyətinin izlənilməsi, müştəri axınının qruplara bölünməsi və onlara statusların verilməsi.
  2. Lazımlı məlumatların optimallaşdırılmış və sürətli axtarışı üçün bir çox jurnalların mövcudluğu (təklif olunan məhsullar, göstərilən xidmətlər, müştəri əlaqə məlumatları və s.).
  3. Göstərilən xidmətlər, satılmış malların (əgər salon və ya bərbərxana əlavə olaraq bədənə və saçlara qulluq vasitələrinin satışı və ya digər malların satışı ilə məşğul olursa) miqdarı üzrə hesabatın aparılması. Müştərilərin bərbərxananı ziyarətləri barədə hesabat ayrıca aparılır. Proqrama digər ticarət avadanlıqları da qoşula bilər.
  4. Ustalara və digər mütəxəssislərin yanına qəbullar üçün elektron qeydiyyat jurnalının aparılması. Sistem, həmçinin proqrama ustaların iş qrafikini daxil etməyə imkan verir. Nəticədə, bu və ya digər ustaya randevu vermək niyyətində olduğunuz zaman dərhal onun iş qrafikini də görürsünüz.
  5. Müştərilərə kartların (endirimli və ya fərdi) verilməsi imkanı. Sistemdə kartın kodu ilə axtarış zamanı ziyarətçi haqqında ətraflı məlumat əldə etmək mümkün olacaq.
  6. Mühasibatlıq ilə sinxronlaşdırma müəssisənin fəaliyyətinə dair yekun hesabatların tərtib edilməsini asanlaşdırır.
  7. E – poçt, SMS xatırlatmalar müştərilərə qəbul vaxtlarını və bir çox digər dəyişikliklərdən xəbərdar olmaq imkanı yaradır. Müəyyən aksiyalar zamanı, müştərilərin ad günlərində təbrik və xüsusi endirimlər haqqında SMS göndərərək hər bir müştəriyə individual yanaşmaq mümkün olur.
  8. Eyni zamanda çağrı mərkəzini CRM -ə inteqrasiya edərək müştəri zənglərini avtomatik sistemə daxil edə və müştəri məmnuniyyəti üçün zəngləri qeydə ala bilərsiniz. CRM – də artıq qeydiyyata alınmış müştərilərinizin zəngini cavablandırarkən onlar haqqında sistemdəki qeydləri də görə bilərsiniz.

Sistemdən istifadənin təqdim etdiyi üstünlüklər:

  1. İş prosesinin rasionallaşdırılması nəticəsində rəhbər və administrator çoxlu sayda lazımsız kağız – kuğuzdan xilas olur. İndi bütün məlumatlar vahid bazada qorunub saxlanılır.
  2. İşçilərin əməkhaqqının hesablanması, müxtəlif bölmələrlə iş, hesabatların hazırlanması zamanı sizdən ötrü əvəzsiz köməkçi meydana çıxır. Beləliklə əməyi əhəmiyyətli dərəcədə yüngülləşdirir və səhvləri minimuma endirir.
  3. Məsrəf olunmuş malların detallı uçotu aparılır.
  4. İnternet bağlantısı olduğu halda, siz istənilən bir zamanda, yəni real vaxtda salonunuzdakı vəziyyəti izləyə bilərsiniz.

Sadə və anlaşıqlı interfeys proqramın işini mümkün qədər rahat edir, bundan ötrü hətta xüsusi bacarıqlara belə malik olmaq lazım gəlmir.

Bərbərxana üçün CRM – in istifadəsi nəticəsində gözəllik salonunun bütün fəaliyyət sahələrində artım baş verir, müvafiq olaraq mənfəət də yüksəlir. Əgər siz də bu sahədə keyfiyyətli bir xidmətlə digər mərkəzlərdən fərqlənmək istəyirsinizsə, cubics.az saytına daxil olaraq qeydiyyatdan keçin. Bunun üçün lazım olan məlumatlarınızı qeyd edin və ilk 14 gün sistemdən pulsuz yararlanın.

Sizə maraqlı ola bilər: Cubics CRM – Wazzup24 ilə inteqrasiya