15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Banklar üçün CRM: Kreditlərin idarəedilməsi və gəlirlərin artırılması

Banklar üçün CRM yalnız hər bir müştərini qeydiyyata almağa imkan verməklə qalmayacaq, həm də mənfəətin artırılmasına istiqamətləndiriləcək.

Bu gün bir çox kommersiya bankları özlərində CRM sistemi tətbiq etmək barədə düşünürlər.

Amma, banklar üçün istənilən CRM sistemi uyğun deyil. O, müəyyən funksiyalara malik olmalıdır ki, bank xidməti kimi spesifik sahədə tətbiq oluna bilsin.

Banklar üçün CRM yalnız hər bir müştərini qeydiyyata almağa imkan verməklə qalmamalı, həm də mənfəətin artırılmasına istiqamətləndirilməlidir.

Banklarda, digər şirkətlər kimi, daimi müştərilər var və tətbiq edilən CRM sisteminin ən gəlirli müştəriləri ayırmaq imkanı olmalıdır. Müştəriyə müəyyən status veriləcək və ona görə qruplaşdırma aparmaq imkanı yaranacaqdır. Beləliklə, bankın menecerinin həmin müştərini yenidən banka cəlb etmək üçün müəyyən tədbirlər görmək imkanı olacaqdır. Bu, kreditlər üzrə çox sərfəli təkliflər və ya kreditin arayışsız verilməsi üzrə təklif ola bilər.

Bundan başqa, banklar üçün CRM kreditlərin ödənilməsi üzrə vəziyyəti izləməyə imkan verir. Belə ki, müştərinin borcu olduğu halda, o avtomatik olaraq poçt və ya sms vasitəsi ilə məlumatlandırılacaqdır. Bankın meneceri isə müvafiq bildiriş alacaq və müştəri ilə fərdi qaydada işləmə imkanı olacaq. Ona kreditin restrukturizasiyasını etməyi və ya kredit tətilini götürməyi təklif edə bilər.

Həmçinin, banklar üçün CRM kredit ərizələri statusunu izləməyə kömək edəcək.  Sənədlərin qəbulu ilə məşğul olan menecerə ərizələrə baxılma statusunu onlayn rejimdə izləmək, hansı sənədlərin yoxlanılmasını izləmək imkanı yaranacaq. Beləliklə, müştərinin ərizəsinin hansı mərhələdə olduğu barədə həmişə aktual informasiya olacaqdır.

Onun nəzərdən keçirilməsi başa çatdıqdan sonra ərizə statusu ilə sms-lərin avtomatik göndərilməsi həyata keçiriləcəkdir. Kredit meneceri isə şəxsən zəng etməklə müştərini xəbərdar edəcək.

Banklar üçün CRM -in daxili idarəetmədə rolu:

CRM sistemləri bankın daxili işini qurmağa imkan verir. Hər bir əməkdaşa hazır şablonlar vasitəsi ilə bütün zəruri sənədləri avtomatik formalaşdırmağa imkan verəcəkdir.

Hansı şöbənin nə qədər qazandığı, kimin iş qrafikindən geri çəkildiyi, onun işinin əlavə həvəsləndirilməsinə layiq olduğu və s. məlumatlar bank rəhbərliyinin əlinin altında olacaq.

Hesabat və qrafiklər formasında təqdim edilən təhlillər rəhbərliyə hər bir şöbənin işini düzəltməyə, kadrların işə götürülməsi və ya ixtisar edilməsi barədə düzgün qərar qəbul etməyə imkan verəcək.

Beləliklə, görünür ki, müasir dünyada bankın səmərəli işi CRM -dən istifadə etmədən mümkün deyil.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək üçün https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Satışın stimullaşdırılması metodları