15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Avtoyuma üçün CRM: Müştəri bazasının operativ idarə edilməsi

Avtoyuma üçün CRM sistemi avtoyuma xidmət mərkəzlərində biznes proseslərinin avtomatlaşdırılmasına imkan verən müasir proqram təminatıdır. 

Avtoyuma üçün CRM sistemində siz konkret bir əməkdaş tərəfindən yerinə yetirilən işin həcminin, müəyyən bir maşına tətbiq olunan tariflərin, həmçinin yuyulmuş avtomobillərin sayının uçotunu apara bilərsiniz. İşçilərin əməkhaqqının hesablanması, material istehlakı və müəyyən bir müştəri üçün fərdi endirim formalaşması kimi proseslər də avtomatlaşdırılmışdır.

Avtoyuma üçün CRM sisteminin funksional imkanları

Avtoyuma xidmətində işin müvəffəqiyyəti orada bütün proseslərin düzgün şəkildə icrasından və əməkdaşların hansı fəaliyyətlərinin avtomatlaşdırılmasından birbaşa asılıdır. Amma şirkət fəaliyyətinin maksimal effektiv olması üçün avtomobilin yuyulmasından ötrü CRM sisteminin tətbiqi məsləhət görülür. Avtomatlaşdırma – məlumatların toplanması, eləcə də onun təhlildən sonrakı icrası prinsipi ilə fəaliyyət göstərir.

Avtoyuma üçün CRM sistemləri bu gün müxtəlif variantlarda təqdim olunur. Lakin, hər hansı bir vəziyyətdə bundan asılı olmayaraq, onlar aşağıdakı funksional imkanlara malikdirlər:

  1. Avtomobillərin sayı və keçiricilik uçotu.
  2. Avtomobilin avtoyuma məntəqəsində olduğu vaxtın uçotu.
  3. Müştəri bazasının operativ idarə edilməsi.
  4. Müştərilər üzrə statistikanın aparılması və bütün müştərilər haqqında məlumatlar üçün vahid bazanın yaradılması. Burada həm xidmətlərdən artıq istifadə etmiş müştərilərə aid, həm də potensial sifarişçilərlə bağlı bütün məlumatlar tam şəkildə saxlanılır. Əlavə olaraq, müştərinin nə üçün müraciət etməsindən asılı olmayaraq, avtoyuma müraciətlərinin tam şəkildə qeydə alınması mümkündür. Həm xidmətlərin sifarişi, həm də məsləhətləşmək zərurəti qeydə alınır.
  5. Sistem həm müştərilərə, həm də öz tərəfdaşlarına operativ olaraq müxtəlif hesabatlar təqdim edir. Həmçinin öncədən nəzərdə tutulan planın icrası daim izlənilir. İstisnasız olaraq bütün mütəxəssislərin işinin effektivliyini qiymətləndirmək imkanı verilir.
  6. Avtomatik kataloq aparılır. Sistem avtoyuma məntəqəsinə çatdırılmış avtomobillərin uçotunu aparır. Bundan əlavə, burada xidmətdən istifadə etmiş müştəri haqqında məlumatlar da qeydə alınır. Eləcə də, avtoyuma üçün CRM sistemində müraciətin tarixi də qeyd olunur.
  7. Analiz, maliyyə nəzarəti və s. həyata keçirilir.

Sistemdən istifadənin üstünlükləri

Bu cür CRM sisteminin avtoyuma məntəqəsində tətbiqi nəticəsində mütəxəssislərin işinin səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, rəhbərlik şirkət fəaliyyətinə aid olan bütün aktual məsələlərdən daim xəbərdar olacaq. Bütün bunlar yalnız təşkilat mənfəətinin artmasına gətirib çıxarmayacaq, həm də bütün hərəkətlərin düzgün planlaşdırılmasına gətirib çıxaracaq.

CRM sisteminin verdiyi xidmətlərdən faydalanaraq gəlir və xərclərinizi nizama salın, eyni zamanda işin effektivliyinin artıraraq digər avtoyuma mərkəzlərindən fərqlənin.

Azərbaycan, Rus və İngilis dillərini dəstəkləyən Cubics CRM sistemi yuxarıda sadalanan bütün funksional imkanlara malikdir. Bu sistemdən istifadə etmək üçün cubics.az saytına daxil olub, qeydiyyatdan keçin və 14 gün ərzində sizə təqdim edilən xidmətlərdən pulsuz yararlanın.

Sizə maraqlı ola bilər: Tibb mərkəzləri üçün CRM: Proseslərin avtomatlaşdırılması