15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://cubics.az/blog 300 true 1
sticky-logo

Avtomobil salonu üçün CRM: Vahid müştəri bazasının yaradılması

Avtomobil salonu üçün CRM -də mövcud olan hər satış qıfı avtosalonun nəzərdə tutulan planı yerinə yetirib-yetirməməsini izləməyə icazə verəcək.

Avtosalonun fəaliyyəti salonun işinin nə dərəcədə düzgün formalaşdırılmasından, hansı fəaliyyət anlarının avtomatlaşdırılmasının nə dərəcədə uğurlu olmasından asılıdır.

Avtosalonun fəaliyyətinin maksimum səmərəli olması üçün isə avtomobil salonu üçün CRM sisteminin tətbiqi üzərində düşünmək lazımdır.

Bu gün avtosalonlar üçün çoxlu sayda CRM -lər var və onların hamısı fərqlidir.

Bir qayda olaraq, avtomobil salonu üçün bütün CRM -lər aşağıdakı funksiyaya malikdir:

  1. Vahid müştəri bazası: Müştərilərin vahid bazası həm artıq avtomobil əldə etmiş müştərilər, həm də testsürüş üçün maşın götürmüş salonun qonaqları haqqında informasiyanı saxlamağa imkan verir. Həmçinin salona bütün müraciətləri istər məsləhət üçün olsun, istərsə də servis xidmətinə qeydiyyata düşmə olsun, hamısını qeydə almaq imkanı yaranır. Hər bir müştərinin profili özündə onun üstünlükləri barədə ətraflı məlumatları ehtiva edir. O səbəbdən bu, avtosalona hər bir müştəriyə fərdi yanaşmanı həyata keçirmək imkanı verilir
  2. Satışların idarə olunması, satış qıfı: Avtosalona daxil olacaq hər bir zəng və ya şəxsi müraciət sistemdə qeydə alınacaq.  Avtosalon üçün CRM -də mövcud olan hər satış qıfı avtosalonun nəzərdə tutulan planı yerinə yetirib-yetirməməsini izləməyə icazə verəcək. Həmçinin avtosalonun hər bir əməkdaşının işinin effektivliyinin qiymətləndirilməsi mümkündür.
  3. Avtomobillərin kataloqunu aparılması: Avtosalon üçün CRM vasitəsilə salona satış üçün daxil olan avtomobillərin qeydiyyatını aparmaq mümkün olacaqdır. Həmçinin bu, avtomobillərin müştərilərdən hansına satıldığını qeydə almağa imkan verir. Satış tarixinin də müəyyən edilməsi müştəriyə avtomobili texniki baxışdan keçirməsi üçün xüsusi təkliflər formalaşdırmağa imkan verəcəkdir.

Əgər salondan alınan avtomobil salonda texniki baxışdan keçirilibsə, bu məlumat da avtomobilin kartında saxlanacaq. Avtomobil salonu üçün bu cür CRM tətbiq edildikdən sonra əməkdaşların fəaliyyətinin səmərəliliyi daha yüksək olacaq.

Salonun fəaliyyəti haqqında rəhbərlikdə əyani məlumat peyda olacaq ki, bu da salonun gələcək fəaliyyətinin daha diqqətli planlaşdırılmasına kömək edəcək.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Sizə maraqlı ola bilər: Banklar üçün CRM: Kreditlərin idarəedilməsi və gəlirlərin artırılması